Icma.az
close
up
RU
Elə səni görməsələr yaxşıdı! Vəkillər Kollegiyasının gülməli Bəyanatı

Elə səni görməsələr yaxşıdı! Vəkillər Kollegiyasının gülməli Bəyanatı

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Vəkillər Kollegiyasının "Əqrəb Mövsumu 2" serialı ilə bağlı bəyanatına aid Ulucay Akifin yazısını təqdim edir.
Bir dəfə Xalq yazıçısı Anarla bir məclisdə söhbət edirdik. Dedi ki, çap olunacaq yeni kitabında “filan mövzu” haqqında yazıb. Təəccübləndim. Soruşdum ki, ay Anar müəllim, bu haqda yazmaq sizə problem olmaz? Cavab verdi ki, onsuz da heç kim kitab oxumur. Güldük.
Bu hadisə niyə yadıma düşdü?
Vəkillər Kollegiyası “Əqrəb mövsümü” serialında gedən hansısa epizoda, hansısa dialoqa görə BƏYANAT yayıb. Nəyəsə əsəbiləşiblər, Audiovizual Şuraya, serialı yayımlayan kanala, serialın yaradıcı heyətinə acıqlanıblar, hələ ərinməyib barmaq da silkələyiblər və bəyanatı bu cümlə ilə yekunlaşdırıblar:

“Bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda tərəfimizdən qanuna müvafiq tədbirlər görüləcəkdir!”

Sonra gördüm, serialın baş obrazı, aktyor Azər Aydəmir də Vəkillər Kollegiyasının bəyanatına cavab verib, nələrisə izah etməyə çalışıb. Gülməlidir.
Kinoçəkənləri də hədələmək həddinə gəlmişiksə, vay bizim halımıza.


Kino nədir?


Yəni belə çıxır ki, kinoçəkənlər hələ tamaşaçıdan da qabaq Vəkillər Kollegiyasına, ya da hansısa başqa bir dövlət qurumuna filmin, kinonun, serialın nə olduğunu izah etməlidir.
Mənim belə niyyətim yoxdur. İnternet dövrüdür, quqla “Kino nədir?” yazıb bu haqda az da olsa məlumat almaq olar.
Hansısa filmdə vəkillərə aid nalayiq nəsə deyilə bilər. Adı üstündə, bu, filmdir. Bunun altında nəsə bir pis niyyət axtarmaq, aparıb harasa bağlamaq gülüncdür.
İndi mən hansısa hekayəmdə vəkil obrazının törətdiyi cinayət haqqında, yaxud onun dələduzluğunu, əxlaqsız davranışını yazmamalıyam ki, birdən Vəkillər Kollegiyası əsəbiləşər?
Ta keçib, mən qələmimi, rejissorlar da kameralarını versinlər Vəkillər Kollegiyasına, özləri yazsınlar, özləri çəksinlər, biz də oxuyaq, izləyək. Özümüzü niyə yoruruq ki?
Siz heç xarici filmləri, serialları izləmirsiniz?
Camaatın filmində kilsədə sevişirlər, hakimlər cinayətkar olur, müəllimlər əxlaqsız... Hər şey çəkirlər, göstərirlər. Təxəyyül ya həqiqət, fərq eləmir.

Oralarda heç kim qışqırmır ki:


“Ay dadi-bidad, Leonardo di Kaprio polisləri gözdən saldııııııı!”
“Tarantino vəkilləri hörmətdən salıııııır!”

Adama gülərlər. Ayıbdı.
Adı üstündə: film, kino.
Heç kim belə reaksiya vermir, çünki heç kim narahat olmur, bu şeylərin onlara yapışdığını düşünmür. Bizdə isə azca nəsə görən kimi, müvafiq qurumlar əl-ayağa düşür, həyəcanlanır, əsəbiləşir.

Niyə?

Niyəsi bəllidir.
Yaxşı, vəkillərə aid mənfi nəsə çəkməyimizə icazə vermədiniz. Bəs həkimlərə, müəllimlərə, polislərə və s. aid də çəkmək də olmaz?
Biz bunu necə müəyyənləşdirək ki, kimlərə aid yazmaq, çəkmək olar, kimlərə aid yox?
Varsa elə bir siyahı, göndərin, biz də işimizi bilək.
Deyəsən, Politbüronun Senzura Komitəsi hələ də mövcuddur, bizim xəbərimiz yoxdur.
Hər kefi istəyən yazıçıya, rejissora, bəstəkara nəsə qadağa qoyur ya sifariş verir.
Səhv anlamayın, sözüm təkcə Vəkillər Kollegiyasına aid deyil. Bu, ilk belə hadisə deyil. Son olacağını da düşünmürəm.
Bir neçə filmin, serialın rejissorunun danışanda Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa təşəkkür etdiyini görmüşəm. Nəyəsə icazə verdikləri ya nədəsə köməklik etdikləri üçün. Açığı, bu da mənə absurd gəlir.
Hə, yadıma düşmüşkən, elə Vəkillər Kollegiyasına da xatırladım: “Əqrəb mövsümü” serialı Baş Prokurorluğun dəstəyi ilə çəkilir. Belə...

Yazımı “Bəyin oğurlanması” filmindən o məşhur dialoq ilə yekunlaşdırmaq istəyirəm:


– İstəməzsən ki, səni, ucqar dağ kəndinin sakinini uzaq Liviya səhrasında görsünlər?
– Yox!
– Düz deyirsən! Elə səni görməsələr yaxşıdı!

Anar: "Elə davranmayın ki, gələcəkdə xəcalət çəkəsiniz..." - Məktub Ən çox qazanan animasiya filmi Azərbaycanda ilk avtofiksiya - Vüqar Vanın romanı haqqında
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Fevral 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see254

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see231

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see159

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see148

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see125

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri