Icma.az
close
up
RU
Elə xəyanətlərini, cinayətlərini deyərəm ki, başını tutub qaçarsan Şeyx Əbdül OD PÜSKÜRDÜ

Elə xəyanətlərini, cinayətlərini deyərəm ki, başını tutub qaçarsan Şeyx Əbdül OD PÜSKÜRDÜ

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev musavat.com-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudovla bağlı qalmaqallı ifadələr işlədib.

Rasim Balayev rəhbərlik etdiyi qurum tərəfindən Şeyx Əbdülün 80 illik yubileyinin hansı səbəbdən qeyd olunmamasına belə münasibət bildirib:

“Özündən soruşun. Hədyan, yalan, şər, böhtan – hamısı ondan gəlir.”

Redaktor.az xəbər verir ki, qarşı tərəfin reaksiyası gecikməyib. Şeyx Əbdül Mahmudov ona ünvanlanan ittihamlara bu cür cavab verib:

“Ayıb olsun ona! Onun özü kim olduğunu yaxşı bilir. Mən onun haqqında elə xəyanətlərini, cinayətlərini deyərəm ki, başını tutub qaçar. Onun köhnə ittifaqlarda etdiyi cinayətləri açıqlasam, güzgüyə baxmağa utanar. Ağlını başına yığsın – açıb sandığı, töksəm, pambığı, ifşa olunacaq.

Mən Kino İttifaqının və milli kinomuzun dirçəlməsi üçün çalışıram. Zamanında Kino İttifaqını parçaladılar. O ittifaqın birləşdirilməsi mənim xidmətimdir. Bunu hamıdan soruşa bilərsiniz. Mən istəmədim ki, kino camiəmiz parçalansın.

İttifaqları birləşdirdim. Rasim Balayev indi sədrdir, Şəfiqə Məmmədova isə onun müavinidir – orada oturublar. Amma sən demə, hamısının şəxsi marağı var imiş. Buna görə indi mənimlə düşmən oldular. Satqınlıq da, xəyanət də hamısı Rasim Balayevin özündən gəlib.

İkincisi də – onun oturduğu kreslonu, o vəzifəni mən ona hədiyyə etmişəm. İndi utanmır?

Kinostudiya çox pis gündədir. Biri qapısını açıb içəri girmir. Hamısı kinonun hesabına kişi olub, çörək yiyəsi olublar. İndi utanmırlar, hansısa yollarla “yuxarılar”a “xod” tapıb, kinonu təmsil edirlər, yağ-bal içində otururlar. Hansı mənəvi haqla?

Mən demişəm ki, kinoya xəyanət etməyin, gəlin, kinostudiyanı bərpa edək. O cür müqəddəs məbəd bu gündədir, onlar isə öz keflərindədirlər.

Rasim Balayev üçün çox ayıb olsun. Papağını qabağına qoyub düşünsün ki, bu gün hansı mövqedədir və qoyub qaçdığı yerlərdən bu günə hansı mövqelərlə gəlib çıxıb. Şəxsən mənim hesabıma o ittifaqın sədri olub. Onun kinoya gəlməsində mənim xüsusi xidmətlərim var. Ona şans verdim. Hər şeyi unutdum. O da gəldi, vəzifəyə – kresloya oturdu. İndi isə ilin-günün bu vaxtında bu cür cəsarətlə ağzına gələni danışır. Yaxşı olardı ki, ayıbına kor olub otursun. Artıq-əskik danışmasın. Yoxsa ki, mən idarə oluna bilən adam deyiləm – onu etdikləri ilə rüsvay edib, məsələni də məhkəməyə verərəm!”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri