Icma.az
close
up
RU
Ələkrəm Hümbətov qiyamı: polis rəisi faktları açır İlk dəfə

Ələkrəm Hümbətov qiyamı: polis rəisi faktları açır İlk dəfə

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1993-cü il: bir tərəfdə erməni separatizminin doğurduğu dəhşətli müharibə, digər tərəfdə iç savaşları: Surət Hüseynov, Ələkrəm Hümbətov…

Tariximizə “Ələkrəm Hümbətov qiyamı” kimi qara ləkə olaraq düşən olayları həmin vaxt Lənkəran rayonunun polis rəisi olmuş polkovnik Əlövsət Əliyev 31 ildən sonra ilk dəfə qələmə alır. Əlövsət Əliyevin təqdim etdiyi faktlar həm də ona görə çox mühüm və əhəmiyyətlidir ki, polis rəisi və hərbi komendant kimi o, prosesin içində olub, hakimiyyətdə, daxili işlər və xüsusi xidmət orqanlarında gedən prosesləri bilib, eyni zamanda, Ələkrəm Hümbətovun fəaliyyət dairəsi haqda əməliyyat məlumatlarına malik olub.

Ələkrəm Hümbətova hakimiyyət daxilindən kimlər dəstək verirdi? Bu qiyamın səbəbi və hədəfi nə idi?

Axar.az sabiq polis rəisi, polkovnik Əlövsət Əliyevin sensasion məqamları əks etdirən yazısının dərcinə başlayır:

I Hissə

Rəhim Qazıyev 1993-cü ilin fevral ayının əvvəllərində müdafiə naziri vəzifəsindən istefa verdikdən sonra (Fərman 20 fevralda verilmişdi) Ələkrəm Hümbətov da Müdafiə Nazirliyində idarə rəisi və nazir müavini vəzifəsindən istefa verdi və ya çıxarıldı. O, istefasından bir neçə gün sonra Lənkərana qayıtdı. Həmin vaxt orduda islahatlar aparılır və könüllü batalyonlar ləğv edilir, könüllülərin əksəriyyəti silahı təhvil vermədən yaşayış yerlərinə qayıdırdılar. Ə.Hümbətovun dəstək verdiyi və orduya cəlb etdiyi könüllülərin də əksəriyyəti silahlarını təhvil vermədən ordudan qayıdırdı və tədricən onun ətrafına toplanmağa başladılar.

Bu barədə məlumat alandan sonra əməliyyat üzrə müavinim Fəxrəddin Əzimova Hümbətovun ətrafında baş verənlərlə bağlı əməliyyat məlumatları əsasında Arayış hazırlaması üçün tapşırıq verdim. Eyni tapşırığı ondan xəbərsiz xidmət üzrə müavin Fəxrəddin Salayevə də verdim. Təxminən 10 gün ərzində hər ikisi yazılı Arayış təqdim etdilər.

Arayışlarda narahatlığın olduğu açıq-aydın görünürdü. Həmin arayışlar əsasında ümumi sənəd hazırladım, mart ayının 20 və ya 21-də Ələkrəm Hümbətovla şəxsən görüşdüm. Müdafiə Nazirliyində tutduğu vəzifədən istefa verdiyinə təəssüfləndiyimi bildirdim və bunun nazirlik üçün itki olduğunu dedim. Onun haqqında xeyli məlumat toplamışdım. Rüşvət və korrupsiya kimi hallardan nəqliyyat sahəsində işlədiyi zamandan uzaq olmuşdu, bu isə ona hörmət qazandırmışdı. Xeyli söhbətdən sonra ətrafında qanunsuz silahlıların toplanmasının yolverilməz olduğunu və bunun səbəblərini soruşdum. O isə öz növbəsində bu silahlıların vaxtilə orduya cəlb etdiyi və dəstək verdiyi gənclər olduğunu, onların orduya bərpasına kömək etməyə çalışdığını bildirdi.

Söhbətindən hiss etdim ki, Rəhim Qazıyevlə hansısa sövdələşməsi var. Bunu sınamaq qərarına gəldim və qəsdən Rəhim Qazıyevin ünvanına “qeyri-peşəkar”, “naşı” sözlərini işlətdim. Onun bu qiymətləndirməyə reaksiyasını öyrənmək istəyirdim.

Ələkrəm Hümbətov Rəhim Qazıyevi qızğın şəkildə müdafiə etdi və gözləmədiyim halda onun ən qısa zamanda daha yüksək post tutacağına əminliyini bildirdi. Hiss etdim ki, Ələkrəm də yüksək vəzifə tutmaq arzusundadır və burda nəsə danışılmış ssenari var. Ələkrəm Hümbətov söhbətimiz əsnasında Rəhim Qazıyevlə yanaşı Surət Hüseynovu da müdafiə edirdi və onun haqlı olduğunu deyirdi.

Hazırladığım Arayışa Ə.Hümbətovla olan söhbəti də əlavə edəndən sonra bir nüsxəsini DTX-nin rayon şöbəsinin rəisi Hüseynağa Əliyevə verdim və xahiş etdim ki, öz rəhbərliyinə çatdırsın. Özüm də vəziyyəti DİN-in rəhbərliyi ilə müzakirə etmək üçün Bakıya yollandım.

Ə.Hümbətovun Lənkəranda qalmasının ciddi narahatçılıq yaratdığını rəhbərliyə bildirdim. Amma təəssüf ki, ürəkaçan cavab ala bilmədim. Belə olan halda bəzi dostlarla məsləhətləşdim. Sonda Dövlət katibi Əli Kərimliyə zəng etməyə qərar verdim.

Aprel ayının sonlarında Əli Kərimliyə zəng etdim. Dövlət katibi ölkədə vəziyyətin ağır olduğunu, Lənkəranda qarışıqlıq olarsa, ölkənin idarəolunmaz hala düşəcəyini və ehtiyatlı olmağımı məsləhət gördü. Həm də Lənkəranda qarşıdurma hazırlandığı haqda məlumatlı olduğunu dedi. Mən Əli bəyin diqqətinə Ə.Hümbətovun Lənkəranda ictimai təhlükəsizlik üçün ciddi təhdid olduğunu çatdırdım. Xahiş etdim ki, onu ixtisasına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarında yüksək vəzifəyə təyin etmək üçün Bakıya dəvət etsinlər. Təklifə Əli bəy etiraz etmədi. Hətta nəqliyyat nazirinin müavini vəzifəsinin ona uyğun olmasını da müzakirə etdik. Xahiş etdim ki, onun birbaşa, tapmasalar, mənim vasitəmlə Bakıya çağırılmasını təmin etsinlər. Razılaşdıq.

Ancaq may ayının sonuna qədər Əli Kərimlidən heç bir xəbər gəlmədi. Ələkrəm may ayı ərzində demək olar ki, evdən çıxmadı və ya çox passiv həyat keçirdi. O, Bakıdan dəvət gözləyirdi.

Mayın 28-də Araz Əlizadə onun evinə gəldi. Bu, onun Ələkrəm Hümbətovun yanına 3-cü gəlişi idi (Biz Ələkrəm Hümbətovun ətrafında müşahidə aparırdıq). 29 may tarixində isə Hümbətov bir qrup şəxsiyyətini müəyyən edə bilmədiyimiz hərbiçi ilə görüşdü.

Onun yanına gələnlərin sayı hər gün artmaqda davam edirdi. Həmin günlərdə onun ətrafında olan qanunsuz silahlı şəxslərin saxlanılması və silahların götürülməsinə hazırlıq görürdük. Lakin Bakıdan bir daha təlimat verildi ki, hərbçilərlə silahlı toqquşmaya yol vermək olmaz.

Şübhəsiz ki, bu məlumat Ə.Hümbətova da çatdırılmışdı.

Nəhayət, Ə.Hümbətov hərəkətə keçdi - 8 iyunda şəhərin mərkəzi meydanında aksiya keçirmək, daha sonra İcra Hakimiyyətini zəbt etmək üçün silahınmış tərəfdarları ilə birlikdə meydana daxil olmaq istədi. Lakin Lənkəran polisinin ciddi müqaviməti ilə rastlaşdı...

Ardı BURADA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Noyabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri