Elektrik avtomobil almaq istəyənlərin nəzərinə YENİLİK
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq. Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.
Bu barədə Demokrat.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, Azərbaycanda yaşı 3 ildən çox olmayan elektrik mühərrikli avtomobillərin idxalı həm vergidən, həm gömrük rüsumlarından azad edilmişdi:
“Bu da həm sahibkarlar üçün fürsət idi ki, belə avtomobilləri gətirib satsınlar, həm də vətəndaşlar üçün fürsət idi, vətəndaşlar üçün qiymətləri əlçatan idi. Bu, Dövlət Proqramı idi. Belə Proqramlarla vətəndaşları ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istismarına təşviq edirlər.
2026-cı il yanvarın 1-dən bu güzəştlərin növü dəyişdirilir. Ölkəyə idxal olunan yeni elektrik mühərrikli avtomobillər sadəcə ƏDV-dən azad olunacaqlar. Bu o deməkdir ki, dövlət bu Proqramı davam etdirir ki, vətəndaşları bu avtomobilləri ala bilsinlər”.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Baxış sayı:65
Bu xəbər 23 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları