Elektrik avtomobili böhranı: 100 min maşınla bağlı qərar verildi
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Elektrik avtomobil bazarında narahatlıq yaradan yeni hadisə baş verib – Almaniyanın avtomobil nəhəngi Volkswagen kütləvi geri çağırma qərarı ilə gündəmə gəlib.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata əsasən, şirkət təxminən 100 minə yaxın elektromobili akkumulyator problemi səbəbindən geri çağırır. Bu qərar əsasən Volkswagen-in ID seriyasına aid modelləri, eləcə də Cupra Born avtomobillərini əhatə edir.
Bildirilir ki, problem batareya modullarının texniki standartlara tam uyğun olmaması ilə bağlıdır. Bu nasazlıq avtomobillərin yürüş məsafəsini azalda bilər, eyni zamanda ən təhlükəli ssenari kimi akkumulyatorun qızaraq alışma riskini də artırır.
Məlumata görə, geri çağırma 2022-ci ilin fevralından 2024-cü ilin avqustuna qədər istehsal olunmuş modellərə şamil edilir. Almaniyada bu kampaniya çərçivəsində on minlərlə avtomobilin olduğu qeyd edilir.
Şirkət problemin aradan qaldırılması üçün proqram təminatının yenilənməsi, yüksək gərginlikli batareyaların yoxlanılması və zərurət yarandıqda bəzi komponentlərin dəyişdirilməsini planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 30 Mart 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















