Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Su Nəqliyyatında Polis İdarəsi Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşlarının Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin mütəxəssisləri ilə birgə keçirdikləri tədbirlərlə Kür çayında elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlamaqda şübhəli bilinən K.Gülməmmədov saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, baxış zamanı ondan qanunsuz balıqovlama alətləri, elektrik batareyaları, cərəyan artıran qurğu və qanunsuz yolla ovlanmış balıqlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb
08 Dekabr 2025 16:04
Biləsuvarda elektrik cərəyanı vuran şəxs HƏRBÇİ İMİŞ YENİLƏNİB
25 May 2026 13:43
Elektrik cərəyanı ilə balıq ovladılar, həbs cəzası aldılar
14 Mart 2025 17:30
Ağdamda elektrik kabeli oğurlayan şəxs saxlanılıb
11 Fevral 2025 11:26
Kişini elektrik cərəyanı VURDU
09 Aprel 2026 10:13
Baxış sayı:137
Bu xəbər 01 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















