Elektrik dirəyindən yıxılanlar “Azərenerji”nin əməkdaşları deyil Yenilənib
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə ağır yaralanıb.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Salyan və Biləsuvar rayonlarının sərhədndə qeydə alınıb.
İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.
Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmin şəxslərin “Azərenerji”nin əməkdaşları olduğu bildirilir.
Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
***
“Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev “Qafqazinfo”ya açıqlamasında hadisə iştirakçısı olan şəxslərin qurumun əməkdaşı olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 30 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















