Elektrik enerjisinin cəmi 2 faizi alternativ mənbələrin payına düşür
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
2025-ci ilin yanvar-fevral ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 4 864,8 mln. kVt·st olub.
Modern.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müddət ərzində İES-lərdə 4 354,3 mln. kVt·st, SES-lərdə 411,7 mln. kVt·st, digər mənbələr üzrə isə 98,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 5,8 mln. kVt·st, günəş elektrik stansiyalarında 54,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 38,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2025-ci ilin yanvar-fevral ayları ərzində respublikada istehsal olunan ümumi elektrik enerjisinin 89,5 faizi İES-lərdə, 8,5 faizi SES-lərdə istehsal olunub. Qalan 2 faizi isə digər mənbələrdən əldə edilib. Bu digər mənbələrin arasında külək elektrik stansiyalarının payı 0,12 faiz, günəş elektrik stansiyalarının payı 1,13 faiz bərk məişət tullantılarının yandırılması zavodunun payı isə 0,78 faiz təşkil edir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə su və günəş elektrik stansiyalarının enerji istehsalında 140,6 mln. kVt·st artım qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 374,0 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 146,1 mln. kVt·st, idxalı isə 8,4 mln. kVt·st təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 14 Mart 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















