Icma.az
close
up
RU
Elektrik naqilləri ildə bir dəfə ixtisaslaşdırılmış müəssisə tərəfindən yoxlanılmalıdır EKSPERT

Elektrik naqilləri ildə bir dəfə ixtisaslaşdırılmış müəssisə tərəfindən yoxlanılmalıdır EKSPERT

Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elektrik naqillərinin düzgün quraşdırılması və müntəzəm yoxlanması, həm bina sakinlərinin, həm də ətraf mühitin təhlükəsizliyi üçün vacibdir.

Bəs bina evləri və fərdi yaşayış evlərində elektrik təsərrüfatının keyfiyyəti necədir? Vətəndaş mənzil alarkən evin elektrik naqillərinin keyfiyyətinə diqqət edirmi?

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nuraliyev "Operativ Media"ya açıqlama verib. O, elektrik təsərrüfatının saz vəziyyətdə saxlanılmasının və mümkün nasazlıqların vaxtında aradan qaldırılmasının əhəmiyyətini vurğulayıb:

“Bütün təsərrüfat obyektlərində, yaşayış binalarında və fərdi yaşayış evlərində elektrik təsərrüfatı saz vəziyyətdə olmalıdır. Yəni, elektrik təsərrüfatı ixtisaslaşdırılmış müəssisə tərəfindən layihələndirilməli, təmir işləri aparılmalı və ya hər hansı kənar müdaxilələr ixtisaslaşdırılmış müəssisə tərəfindən edilməlidir. Eyni zamanda, keyfiyyətli materiallardan istifadə edilməlidir.

Çoxmənzilli yaşayış binalarında bina hansı qurumun balansındadırsa, korporativlərdə isə binanı kim idarə edirsə, onlar tərəfindən binaların təhlükəsiz istismarı həyata keçirilməlidir.

Əgər binada elektrik naqillərində nasazlıq varsa, onun aradan qaldırılması təmin olunmalıdır. Bina və fərdi yaşayış evlərində elektrik naqillərinin izolyasiyası pozularsa və ya normadan artıq yüklənərsə, bu qızma, qısaqapanma, qığılcım və nəticədə yanğın kimi səbəblərə gətirib çıxara bilər. Ona görə də binalarda elektrik təsərrüfatı saz vəziyyətdə olmalıdır.”

Ekspert bildirib ki, elektrik naqilləri ildə bir dəfə ixtisaslaşdırılmış müəssisə tərəfindən yoxlanılması məqsədəuyğundur: “Sınaq protokolları tərtib olunsun. Yoxlama zamanı onun izolyasiyası, müqavimətə davamlılığı, gərginliyə olan təsiri diqqətə alınmalıdır. Əgər nöqsanlar varsa, bu zaman onlar aradan qaldırılmalıdır. Bu zaman protokol nüsxəsi verilməli və aradan qaldırılması təmin edilməlidir. Nasazlığın öncədən aşkarlanması, gələcəkdə baş verə biləcək yanğın və digər bədbəxt hadisələrin qarşısını alır.

Fərdi yaşayış evlərində də insanlar elektrik naqillərinin saz vəziyyətdə olmasına diqqət yetirməlidir. Elektrik naqilləri ildə bir dəfə yoxlanılmalıdır. Bu naqillər normadan artıq yüklənməməlidir. Çünki bu da bədbəxt hadisələrə gətirib çıxara bilər.”

Elmar Nurəliyev ev alarkən elektrik naqillərinin keyfiyyətinə diqqət edilməli olduğunu bildirib: “İkinci və ya üçüncü əl ev alarkən, vətəndaş bəzən evin elektrik naqillərinin vəziyyətinə diqqət etmir. Amma bu, çox önəmli bir haldır. Vətəndaş ev alarkən, ilk növbədə, evin elektrik naqillərinin vəziyyətinə diqqət etməlidir.

Böyük ehtimalla, belə olduqda evdə məişət cihazları tez sıradan çıxacaq. Əgər elektrik naqillərinin yararsız olduğu bir evdə bütün məişət cihazları (televizor, soyuducu və s) eyni anda işləyərsə, təbii ki, elektrik naqillərinə yük düşəcək. Bu da bədbəxt hadisələrlə nəticələnə bilər. Bu cihazlar naqillərdə qızma və qısaqapanmaya səbəb olacaq ki, bu da yanğınla nəticələnir.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 04 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri