Icma.az
close
up
RU
Elektrik qiymətləri artacaq? Məbləğ açıqlandı

Elektrik qiymətləri artacaq? Məbləğ açıqlandı

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək. Bu barədə "Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

Bəs yeni təyişiklik elektrik qiymətlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, yeni sistem dolayı vergi yığımı formasında tətbiq olunacaq:

“Gözlənti budur ki, aylıq sabit tarif 1 manat olacaq - yəni, işlətdiyimiz elektrik enerjisinin dəyərinin üzərinə əlavə 1 manat da gələcək. Sabit aylıq tarifin tətbiqi o deməkdir ki, vətəndaş elektrik enerjisindən istifadə etməsə belə, həmin sabit məbləği ödəyəcək. Bu cür yığımların səmərəsi dövlət üçün ola bilər, amma bu, sosial ədalət prinsipinə ziddir. Çünki ailənin gəliri və istehlak səviyyəsindən asılı olmayaraq hamı bərabər məbləğ ödəyəcək”.

Natiq Cəfərli Tarif Şurasının fəaliyyətində şəffaflığın və hesabatlılığın olmamasına da diqqət çəkib. Onun sözlərinə görə, son illərdə Tarif Şurası cəmiyyətlə açıq müzakirə aparmadan, açıq debat keçirmədən, gecə saatlarında qiymət artımları ilə bağlı qərarlar qəbul edib:

“Tarif Şurası dövlət qurumu olsa da, qərarları ya gecə, ya da istirahət günlərində verilir. Üstəlik, bu qərarlara görə heç bir şəxs və ya orqan məsuliyyət daşımır. Cəmiyyət cavabdeh axtaranda isə qarşısına anonim və bürokratik bir qurum çıxır. Belə yanaşma həm iqtisadi, həm də sosial etimada zərbə vurur. Əgər sabit aylıq tarifin təyin edilməsi bu quruma tapşırılıbsa, gələcəkdə onun artacağı ilə bağlı narahatlıqlar tamamilə haqlıdır”.

Ekspertin fikrincə, bu cür sistemlərin tətbiqi zamanı açıq və şəffaf hüquqi mexanizm qurulmalı, qərarverici orqan və məsuliyyətli struktur konkret olaraq müəyyən edilməlidir:

“Əgər doğrudan da məqsəd tarifin sabit qalmasıdırsa, o zaman hökumət və ya Nazirlər Kabineti rəsmi öhdəlik götürməli, məsələn, üç il ərzində sabit məbləğin dəyişməyəcəyinə dair qərar verməlidir. Əks halda, Tarif Şurası növbəti aylarda bu məbləği 2 manata, 3 manata qədər artıra bilər və vətəndaş buna qarşı çıxanda da qarşısında heç kimi tapa bilməz”.

Natiq Cəfərli əlavə edib ki, büdcəyə təsir edən tarif siyasətinin müəyyən edilməsi səlahiyyəti faktiki olaraq Parlamentin ixtiyarında olmalıdır. Onun fikrincə, Tarif Şurası bu səviyyədə geniş və mühüm qərarlar verməklə Konstitusiyaya uyğun olmayan hüquqi presedent yaradır.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://news24.az
archiveBu xəbər 31 İyul 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri