Icma.az
close
up
RU
Elektrikli avtomobil sürənlərə XƏBƏRDARLIQ

Elektrikli avtomobil sürənlərə XƏBƏRDARLIQ

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar tam elektrikli avtomobillərə maraq azalıb. Bir müddət öncə daha sərfəli və əlçatan olduğu üçün kütləvi marağa səbəb olan elektromobillərdən indi uzaq dururlar.
Halbuki 3 illik müddətə Əlavə Dəyər Vergisindən azad  edilmiş bu cür avtomobillər həm də işlənmiş benzindən yaranan qazların havaya atılmasının da qarşısını aldığı üçün ekoloji cəhətdən təmiz hesab olunur. Üstəlik Azərbaycanın isti ölkə olması da elektromobilləri əlverişli edir, çünki şimal ölkələrində elektromobillər daha gücləndirilmiş batereya sistemi ilə təchiz olunurlar ki, bu isə əlavə xərc deməkdir.
Bəs belədirsə, elektromobillər niyə gözdən düşdü?!
Marağın azalmasının əsas səbəblərindən biri kimi ekspertlər elektrik doldurma məntəqələrinin sayının az olmasında görürlər. Xüsusən də iri şəhərlərdə, əsasən paytaxtda belə məntəqələr olsa da, rayondakı sürücülər elektromobil aldığında ilk peşman olduğu məqam bu olur. Alanlar da öz imkanları hesabına avtomobillərini enerji ilə doldura bilirlər.
Bundan başqa bazarı yeni olduğundan belə avtomobillərin ehtiyat hissələrini tapmaq hələ ki çətinlik yaradır. Etimadı doğrultmamasının bir səbəbi də şirkətlərin zəmanət verdiyi tam doldurmadan sonra 400 kilometr məsafəni deyil, 300-350 km qət etməsidir.
Sürücülər arasında təşviş yaranıb
Amma şikayətlər bununla bitmir. Son zamanlarda belə bir iddia olunur ki, elektromobillər şüalanma yayır. Maşın hərəkət zamanı elektromaqnit dalğaları yayır ki, bu da insan orqanizmi üçün ziyandır.
Nəqliyyat üzrə ekspert Seymur Fətəliyev Bizim.Media-ya bildirib ki, bu iddialar daha çox ehtimallara əsaslansa da, artıq sürücülər arasında təşviş yaradıb.
“Gün ərzində yalnız ev-iş maşın sürənlər bəlkə də bunu hiss eləmir, amma elektrikli taksi və ya avtobus sürücüləri müəyyən müddətdən sonra yuxululuq, halsızlıq, baş ağrısı, hətta ürəkbulanması olduğundan şikayət edirlər. Xüsusən də həssas orqanizmli insanlar daha çox əziyyət çəkir. Bu maşınlar yeni gəldiyi vaxt əlamətlərin məhz şüalanmadan ola biləcəyi heç kimin ağlına gəlmirdi, amma zamanla araşdırılıb öyrəniləndən sonra iddialar sürətlə yayılmağa başladı. Üstəlik elektromobillərin ili artdıqca, şüalanma riskinin daha da artması qorxusu insanları ehtiyatlı davranmağa vadar edir”.
Məlumat üçün bildirək ki, iki növ elektromaqnit şüalanması var: ionlaşdırıcı və qeyri-ionlaşdırıcı. Radiasiyanın qeyri-ionlaşdırıcı növlərinə istilik, işıq və digər zərərsiz radiasiya növləri daxildir.
İonlaşdırıcı şüalanmaya isə rentgen və qamma şüaları aiddir. Elektrikli avtomobillər də məhz qeyri-ionlaşdırıcı şüalar yayır. Yəni telefon, planşet, mikrodalğalı soba, kompüterdən nə dərəcədə şüa yayılırsa, bu mobillərin də şüalanması o qədərdir.
Həmçinin ölkəmizdə istismar olunan elektromobillərin mühərriklərinə, batareyalarına, onların mühərriklərinin enerji sərfiyyatına, elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsinə, avtomobillərdə elektronik stabilizasiya sistemlərinin tətbiqinə, yüksək gərginlikli elektrik sistemlərinə, batareyaların təhlükəsizlik tələblərinə və digər təhlükəsizlik göstəricilərinə dair dövlət standartları (AZS ECE 100:2024 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”) mövcuddur.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyul 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri