Icma.az
close
up
RU
“Elektrikli avtomobillərin batareyaları tezliklə ciddi problemə çevriləcək” EKSPERT

“Elektrikli avtomobillərin batareyaları tezliklə ciddi problemə çevriləcək” EKSPERT

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son illər Azərbaycanda elektromobillərə tələbat kəskin şəkildə artıb. 

Bu avtomobillərin həm müsbət, həm də mənfi cəhətləri mövcuddur. Mənfi tərəflərdən biri isə batareyaların orta hesabla 6-7 il ömrünün olması və daha sonra dəyişdirilməsinə ehtiyac yaranmasıdır. Ən vacib məsələ ondan ibarətdir ki, sözügedən batareyaların ətraf mühitə atılması ciddi ekoloji risklər yaradır. Buna görə də bu batareyalar ya yenidən emal olunmalı, ya da təhlükəsiz şəkildə utilizasiya edilməlidir.

Maraqlıdır, ölkəmizdə bu proseslə bağlı hansı addımlar atılır? Batareyaların dəyişdirilməsi və utilizasiyası üçün konkret mexanizm varmı? Vətəndaşlar belə hallarla üzləşdikdə hara müraciət etməlidirlər və bu istiqamətdə hansı dövlət qurumları məsuliyyət daşıyır?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, elektrik avtomobilləri həyatımıza yeni daxil olub və onların müəyyən problemləri, çətinlikləri, gözlənilməz vəziyyətləri ola bilər:

“Ancaq avtomobil istehsalçıları bu nəqliyyat vasitələrini daha təhlükəsiz və uzunömürlü etmək üçün addımlar atır, texnoloji yeniliklərlə daim təkmilləşdirməyə çalışırlar. Bu da bir reallıqdır ki, hər bir avtomobilin müəyyən istismar dövrü var. Bu, daxiliyanma mühərrikli avtomobillərə də aiddir. Onların da müəyyən müddətdən sonra təmirə və texniki qulluğa ehtiyacı olur.

Batareyalar isə çox ciddi təhlükə mənbəyidir. Çünki elektrik avtomobillərinin batareyalarının utilizasiyası ilə bağlı hələlik konkret bir prosedur müəyyənləşdirilməyib, bu istiqamətdə rəsmi reqlament yoxdur. Azərbaycanda, hətta bir çox inkişaf etmiş ölkələrdə belə bu batareyaların utilizasiyası üçün xüsusi poliqon mövcud deyil. Onlar zəhərli maddələrdən ibarət tərkibli olduqları üçün ciddi təhlükə yaradır.

Bu səbəbdən, batareyalarla davranış qaydaları beynəlxalq səviyyədə müəyyənləşdirilməli, ölkələr bu istiqamətdə öhdəliklər götürməli və müvafiq tələblərə əməl etməlidirlər. Hazırda rəsmi servis mərkəzlərinin bu qaydalara nə dərəcədə əməl etdiyi barədə konkret məlumat yoxdur. Azərbaycandakı rəsmi dilerlərdən də bu mövzuda hər hansı açıqlama verilməyib.

Ölkədə utilizasiya fondu yaradılıb və yəqin ki, bu fond yaxın illərdə bu istiqamətdə addımlar atmaq məcburiyyətində qalacaq. Çünki hər nə qədər yeni olsa da, 3-5 ildən sonra bu batareyaların utilizasiyasına real ehtiyac yaranacaq”.

Ekspert əlavə olaraq qeyd edib ki, bundan başqa, qəza zamanı bu batareyalar böyük təhlükə yarada bilər:

“Onların yanğınla müşayiət olunan halları ciddi risk daşıyır. Bu cür yanğınların söndürülməsi üçün hansı xüsusi maddələrin alındığı, Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizliyi Xidmətinin buna nə dərəcədə hazır olduğu da sual altındadır.

Bir çox açıq suallar qalır və bu barədə ciddi düşünmək lazımdır. Çünki Azərbaycana bu tip nəqliyyat vasitələri sürətlə gətirilir və yaxın 3-5 il ərzində bu problemlər artıq daha qabarıq şəkildə özünü göstərəcək”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri