Elektrikli diş fırçasına görə ev yandı
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərədə yaşayan Şarlotta Bauers gecə vaxtı gözlənilməz hadisə ilə qarşılaşıb. Daily Star nəşrinin yazdığına görə, qadının vanna otağındakı elektrikli diş fırçası qəfildən alışıb.
Demokrat.az-ın məlumatına görə hadisənin ən maraqlı tərəfi cihazın həmin vaxt elektrik şəbəkəsinə bağlı olmamasıdır. Səkkiz ay problemsiz işləyən fırçadan başlayan yanğın divar boyu yuxarı qalxıb.
Şarlottanın sözlərinə görə, güzgünün polad çərçivəsi alovun qarşısını kəsməsəydi, bütün ev külə dönə bilərdi. Nəticədə vanna otağındakı havalandırma sistemi sıradan çıxıb və otağı yenidən rəngləmək lazım gəlib.
Zərərçəkmiş qadın şirkətdən təzminat tələb etsə də, ona cəmi 35 funt sterlinq və ya yeni cihaz təklif olunub. İstehsalçı firma hadisəni ciddi araşdırdığını bildirsə də, şəbəkəyə qoşulmayan fırçanın belə bir yanğına səbəb olacaq qədər enerji daşımadığını iddia edir.
Baş verənlərdən sonra Şarlotta bir daha elektrikli diş fırçalarından istifadə etməyəcəyini qəti şəkildə bildirib. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az-ın məlumatına görə hadisənin ən maraqlı tərəfi cihazın həmin vaxt elektrik şəbəkəsinə bağlı olmamasıdır. Səkkiz ay problemsiz işləyən fırçadan başlayan yanğın divar boyu yuxarı qalxıb.
Şarlottanın sözlərinə görə, güzgünün polad çərçivəsi alovun qarşısını kəsməsəydi, bütün ev külə dönə bilərdi. Nəticədə vanna otağındakı havalandırma sistemi sıradan çıxıb və otağı yenidən rəngləmək lazım gəlib.
Zərərçəkmiş qadın şirkətdən təzminat tələb etsə də, ona cəmi 35 funt sterlinq və ya yeni cihaz təklif olunub. İstehsalçı firma hadisəni ciddi araşdırdığını bildirsə də, şəbəkəyə qoşulmayan fırçanın belə bir yanğına səbəb olacaq qədər enerji daşımadığını iddia edir.
Baş verənlərdən sonra Şarlotta bir daha elektrikli diş fırçalarından istifadə etməyəcəyini qəti şəkildə bildirib. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.
İsmayıl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Elektrikli və ənənəvi diş fırçaları: Hansını seçməli?
11 Dekabr 2024 23:14
Elektrikli maşınlar bahalaşacaq?
14 May 2025 07:07
İlk elektrikli avtomobillər
25 Avqust 2025 18:02
Elektrikli avtomobil satışları artdı
15 May 2025 05:18
Polislərə elektrikli skuter veriləcək
14 May 2025 15:21
Baxış sayı:199
Bu xəbər 24 Mart 2026 06:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















