Icma.az
close
up
RU
Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq

Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub. Bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb. Artıq ölkəyə 160 ədəd elektrikli avtobus gətirilib. Bunların sayı daha da artırılacaq.
Bakının 2030-cu ilə kimi tamamilə elektrikli avtobuslara keçidi təqdirəlayiq addımdır. Bəs bu nə dərəcədə real görünür? Əgər bu layihə reallaşarsa, benzin və dizellə fəaliyyət göstərən avtobusların taleyi necə olacaq?

Bu avtobuslar ölkəmizdə istehsal olunacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, ölkəmizdə dayanıqlı şəhər nəqliyyat sistemlərinin təmin edilməsi üçün görüləcək işlərdən biri də elektrik mühərrikli avtobusların tətbiq edilməsi və əhatə dairəsinin genişləndirilməsidir: “İstər ictimai nəqliyyata çıxış üçün təhlükəsiz piyada və velosiped marşrutlarının təmin edilməsi, istərsə də elektrik mühərrikli avtobuslar üçün enerji doldurma infrastrukturunun və xüsusi zolaqların yaradılması vasitəsilə dayanıqlı, aşağı karbonlu infrastrukturun tətbiqi prioritetdir. Azərbaycana gətirilən elektrik mühərrikli avtobusların artıq ictimai nəqliyyatda istifadəsinə başlanılıb. Elektrik mühərrikli avtobuslar 1, 5, 14, 21 və 88A nömrəli müntəzəm marşrut avtobuslarının istifadəsinə verilib. Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda Çinin “BYD” şirkətinin elektrik avtobuslarının istehsalı zavodu fəaliyyətə başlayacaq”.

Əksəriyyəti sıradan çıxacaq

Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayevin fikrincə, 2030-cu ilə qədər elektrikli avtobuslara keçid məsələsi realdır: “Çünki avtobuslar bir müddət işlədikdən sonra istismar müddəti başa çatır. İstifadə müddətləri olduqca azdır. 2030-cu ilə qədər hazırda mövcud olan avtobusların əksəriyyəti sıradan çıxmış olacaq. Onların yerinə də hər dəfə elektrikli avtobuslar gətiriləcək. İstismar müddəti bitməmiş olan avtobuslar isə bölgələrə veriləcək”.

Ekspert elektrikli avtobusların infrastruktur məsələsinə də toxundu: “Elektrikli avtobuslar üçün əsas yükləmə məntəqələri lazımdır. Bu da onların dayandığı qarajlarda olmalıdır. Gələcəkdə müəyyən yerlərdə də quraşdırılacağını düşünürəm”.

Bu avtobuslardan tamamilə imtina etməməliyik

Nəqliyyat üzrə ekspert Adil Nəbiyev isə düşünür ki, gələcəkdə baş verə biləcək problemlərin qarşısını az da olsa almaq üçün dizel və qazla işləyən avtobuslardan tamamilə imtina etməməliyik: “Bütün dünyada elektrikli avtobuslara və avtomobillərə keçid həyata keçirilir. Bu keçid bizim ölkəmizə də aiddir. Hazırkı vəziyyət üçün bu, çox yaxşı haldır. Lakin gələcəkdə baş verə biləcək problemləri də nəzərə almalıyıq. Məsələn, hər hansı bir qəza baş verərsə, bir neçə gün elektriksiz də qala bilərik. Elektrik kəsintisi baş verdikdə ictimai nəqliyyat da iflic olar. O səbəbdən, ictimai nəqliyyatda tamamilə elektrikli nəqliyyat vasitələrinə keçid etmək təhlükəlidir. Daxili yanma mühərrikli avtobuslara da müəyyən qədər yer vermək lazımdır. Minimum 30-40 faiz həcmdə ehtiyat nəqliyyatımız daxili yanma mühərrikli olmalıdır ki, hər hansı bir problem baş verərsə, çətinlik yaşamayaq”.

“Avtobuslar gecikəcək, intervallar böyüyəcək”

A.Nəbiyevin fikrincə, elektrik mühərrikli avtobuslar normal hava şəraitinə dözümlü olsa da, qış aylarında belə olmayacaq: “Hava soyuduqda avtobuslarda qızdırıcılar fəaliyyət göstərməlidir. Elektrikli avtobusların gün ərzində 350 kilometr hərəkət etdiyini bildirirlər. Lakin bu, normal hava şəraitində belədir. Məsələn, qarlı və şaxtalı havalarda onların bu qədər yol qət etməsi mümkün deyil. Bu zaman onların elektriki daha tez bitəcək. Avtobuslar gecikəcək, intervallar daha da böyüyəcək”.

Qaz və dizeldən daha təhlükəlidir?

Ekspert zərərsiz hesab etdiyimiz elektrikli avtobusların əslində böyük risklərinin olduğunu da qeyd etdi: “Elektrikli avtomobillərin və avtobusların faydasından, ekologiya üçün xeyrindən danışırıq. Lakin unutduğumuz bir məsələ onların akkumulyatorlarıdır. Hansı ki, iri mühərrikli maşınlarda, həmçinin avtobuslarda bu, çox böyük həcmdədir. Avtobuslar köhnəldiyi zaman onların akkumulyatorları tamamilə istifadəyə yararsız olacaq. Onun elektrikini neytrallaşdırmaq üçün torpağın çox dərin qatlarına basdırmaq lazımdır. Çünki elektrikli avtobusların utilizasiyası çətindir. Bu akkumulyatorlar çox böyük həcmdə radiasiya yayır. Avtobuslar yeni olduğu zaman bu radiasiya səviyyəsi müəyyən qədər az olur. Lakin avtobus köhnəldikcə, yaydığı təhlükə də xeyli çoxalır. Yəni, elektrikli avtobuslar tam ekoloji təmizdir demək yanlışdır. Nəzərə almalıyıq ki, ətrafımızda yetəri qədər radiasiya mövcuddur. Bu, xüsusilə də Bakı şəhərində digər ərazilərdən qat-qat çoxdur. Hazırda Bakının yollarında iki milyondan artıq nəqliyyat vasitəsi hərəkət edir. Onların yarısının elektrikli olduğunu düşünək. Bu zaman yayılan radiasiyanı təsəvvür etmək belə dəhşətlidir”. ("Kaspi" qəzeti)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri