Icma.az
close
up
RU
Elektrikli maşınların taleyi: bəyanat benzinə dönüşdən xəbər verir

Elektrikli maşınların taleyi: bəyanat benzinə dönüşdən xəbər verir

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın “Porsche” avtomobil şirkəti rəsmi açıqlama yayaraq, elektromobillərə keçidin yanlış olduğunu və benzinlə işləyən mühərriklərə qayıtdığını bəyan edib. Şirkət bildirib ki, daxiliyanma mühərriklərinin yeni modellərinin yaradılmasına 800 milyon avro sərmayə qoymaq fikrindədir. “Ford”, “General Motors”, “Volkswagen” və “Volvo” şirkətləri də eyni mövqedən çıxış edirlər.

Maraqlıdır, bu, elektromobillərə keçiddə geri dönüş yarada bilərmi? Azərbaycanın avtomobil bazarında bu tendensiya necə əks olunacaq?

Mövzu ilə bağlı Ölkə.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda bu tendensiya hazırda yüksək templə davam edir:

"Eyni zamanda bu məsələ ilə əlaqədar olaraq ölkə rəhbərinin tapşırığı, dövlət proqramı var. Artıq müəyyən işlər görülüb. Davamlı işlər də olmalıdır. Sadəcə olaraq dünyanın bir çox aparıcı ölkələri bu mövzuda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın çıxışına kökləndilər. O, öz çıxışında iqlim dəyişiklikləri ilə bağlı Amerikanın dəstəyindən yayınaraq bu sahəyə pul ayırmayacağını bildirdi. Bütün təbii sərvətlərdən istifadə edəcəyini qeyd edib. Bu yöndə işbazlar öz ənənələrinə qayıdır. Burada əsas avtomobil istehsalçılarıdır. Çünki dünyada istehsal olunan yanacağın 60 faizini məhz avtomobillər istehlak edir. 

Bu baxımdan avtomobil istehsalçılarının belə çıxışı bir növ elə Donald Trampa dəstək idi. Bəli, dünyada müxtəlif tendensiyalar var, elektrik avtomobillərlə bağlı müəyyən mənfi çalarlar var. İnsanlar fikirləşir ki, gələcəkdə bunların batareyalarının utilizasiyası illər ərzində bir avtomobilin yanacağının ətraf-mühitə atdığı zəhərdən daha ağır fəsad verəcək. Bu məsələlər bir az düşündürür, insanları narahat edir. Ona görə dünya özü tam yekdil qərar qəbul edə bilmir ki, elektrik avtomobillərə keçsin, ya keçməsin".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri