Elektrikli skuterlərlə bağlı yeni tələb
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Belçikada elektrikli skuterlərin istifadəsində təhlükəsizliyin artırılmasına yönəlmiş yeni qaydalar sentyabrın 1-dən qüvvəyə minib.
“Cebheinfo.az” xəbər verir ki, yeni tənzimləməyə əsasən, maksimal sürəti saatda 20 kilometrdən yuxarı olan elektrikli skuterləri idarə edən şəxslər üçün kask taxmaq məcburidir.
Qaydaya görə, kask tələbi skuterin hərəkət zamanı faktiki sürətinə deyil, texniki göstəricilərinə əsasən çata bildiyi maksimal sürətə görə müəyyən edilir.
Bu səbəbdən, saatda 20 kilometrdən çox sürət yığa bilən skuter daha aşağı sürətlə idarə olunsa belə, sürücü kask taxmalıdır.
İstifadəçilər moped və ya velosiped kasklarından istifadə edə bilərlər. Maksimal sürəti saatda 20 kilometri keçməyən elektrikli skuterlər isə bu tələbdən azaddır.
Yeni qaydanı pozan şəxslər 64 avro cərimə və əlavə olaraq 10,67 avro məbləğində inzibati rüsum ödəyəcəklər. Brüsseldə paylaşım əsaslı elektrikli skuterlərin sürəti saatda 20 kilometrlə məhdudlaşdırıldığı üçün onlar kask məcburiyyəti tətbiq olunan nəqliyyat vasitələri sırasına daxil edilmir.
Belçika bu qərarla Danimarka, İtaliya və Xorvatiya kimi elektrikli skuter sürücüləri üçün kask məcburiyyəti tətbiq edən Avropa ölkələrinə qoşulub.
Qeyd edək ki, Belçikada ictimai yollarda elektrikli skuterlərin saatda 25 kilometrdən yüksək sürətlə idarə olunması artıq qadağandır.
Ölkədə bu nəqliyyat vasitələrinin sayının artması ilə qəzaların da sayı yüksəlib. Ötən il elektrikli skuterlərin iştirakı ilə baş verən qəzalarda təxminən 2 500 nəfər xəsarət alıb.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 01 Sentyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















