Elektrikli və hibrid avtomobillərin idxalı üzrə göstəricilər açıqlanıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il Azərbaycana ümumilikdə 2 milyard 386 milyon 505 min ABŞ dolları dəyərində 123 319 ədəd avtomobil idxal olunub.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,4% və 34,3% çoxdur.
İl ərzində Azərbaycana 360 milyon 266 min ABŞ dolları dəyərində 16 884 hibrid avtomobil idxal edilib. Bu isə illik müvafiq olaraq 6,8% azalma və 6,8% artım deməkdir.
12 ayda ölkəyə gətirilən plug-in hibrid avtomobillərinin dəyəri 3,6 dəfə artaraq 1 milyard 67 milyon 959 min ABŞ dolları, sayı isə 5,5 dəfə artaraq 56 794 ədəd təşkil edib.
Hesabat dövründə Azərbaycana 62 milyon 485 min ABŞ dolları dəyərində 2 028 tam elektrikli avtomobil idxal edilib. Bu da illik müvafiq olaraq 48,6% və 33% azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Yanvar 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















