Icma.az
close
up
RU
Elektromobil sahiblərinə BƏD XƏBƏR

Elektromobil sahiblərinə BƏD XƏBƏR

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Açarı çevirirsiniz və ya işə salma düyməsinə basırsınız, amma avtomobilinizdən heç bir reaksiya yoxdur. Daha pis tərəfi isə belə bir vəziyyətdə müraciət edə biləcəyiniz tək bir şəxs belə tapılmır. Çünki əsl problem avtomobilinizdə deyil, dünyanın digər ucundakı bir serverin cavab verməməsindədir.
Bu gün avtomobillər proqram platformasına çevrildikcə, onların ömrü artıq metalın davamlılığına deyil, istehsalçı şirkətin kodlarının işləməsində bağlıdır.
Əvvəllər sıradan çıxan bir hissəni təmirçiyə göstərmək kifayət edirdi, amma bu gün qapınızın önündə dayanan minlərlə kiloqramlıq texnologiya bir iflasla kağız ağırlığına çevrilə bilər. Bu ssenari artıq sadəcə fərziyyə deyil. Elektrikli avtomobil dünyasının iddialı markalarından “Fisker”in yaşadıqları bu təhlükənin ən aydın nümunəsidir.
İngiltərədə minlərlə funt ödəyərək “Fisker Ocean” alan istifadəçilər, şirkətin iflas elan etməsi ilə sözün əsl mənasında ortada qalıblar. Proqram təminatındakı səhv səbəbindən işləməyən bir avtomobil, onu düzəldəcək mərkəz və ya server dəstəyi olmadığı üçün aylardır qapının önündə dekorativ əşya kimi qalır. Oxşar vəziyyəti əvvəl “Better Place” nümunəsində də görmüşdük; serverlər bağlananda, həmin avtomobillərin bütün ağıllı funksiyaları birdən-birə yoxa çıxmışdı.
Ənənəvi avtomobillərdə mexaniki nasazlıq diaqnoz oluna və təmir edilə bilərdi.
Lakin proqram təminatı ilə idarə olunan müasir avtomobillərdə proses servis şöbəsindən çox IT dəstək masası kimi işləyir. Əgər kodun sahibi olan şirkət yoxa çıxarsa, avtomobilin hava yastığından qapı kilidinə qədər bütün həyati funksiyaları qeyri-müəyyən vəziyyətə düşür. Bəzi istifadəçi icmaları bu kodları xaricdən bərpa etməyə çalışsa da, bunun ciddi təhlükəsizlik riskləri yaratdığı reallıqdır. İnternetdən tapılan təsdiqlənməmiş proqramın yolda gözlənilməz reaksiya verməyəcəyini heç kim təmin edə bilməz.
Bu avtomobillər də risk altındadır
Bu risk yalnız yeni markalar üçün deyil, köklü istehsalçıların köhnə modelləri üçün də keçərlidir. Məsələn, on il əvvəl istehsal olunmuş “Tesla” avtomobili aldıqda, istehsalçının bu avtomobilə nə qədər müddət proqram dəstəyi verəcəyi böyük sual doğurur. Dəstəyi dayandırılan avtomobil yalnız sıradan çıxma riski ilə üzləşmir, həm də kiber hücuma açıq hədəfə çevrilir.
Lakin indiki vəziyyətdə müasir avtomobil almaq, əslində həmin şirkətin proqram gələcəyinə sərmayə qoymaq deməkdir. Mühərrik nə qədər güclü olsa da, onu idarə edəcək kodlar silindiyi zaman səyahət təmirxanada deyil, yol kənarında başa çatır.
“Elektromobillər lazımsız əşyaya çevrilə bilər”
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov deyir ki, istənilən sahənin sıçrayışlı inkişafı ilə digər sahələrin ləng inkişafı arasında gec-tez problem yaranır:
 

“Çünki bütün sahələr üzrə inkişaf paralel getməlidir. Bu mənada elektrik avtomobillərinin gələcəyi ilə bağlı söylənilən pessimist fikirlərlə razılaşıram. Çünki ən son elektrik avtomobilləri müvafiq proqram təminatı ilə işləyir. Bu proqram hər hansı bir səbəbdən dayansa, o zaman onminlərlə yeni elektrik mühərrikli avtomobil lazımsız bir əşyaya çevrilə bilər.


Bundan başqa, istənilən istehsalçı müflis ola bilər. Belə vəziyyətdə də həmin şirkətin buraxdığı elektrik avtomobillər də istifadəyə yararsız ola bilər. Ona görə də elektrik avtomobillərin perspektivləri heç də yaxşı görünmür”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Mart 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri