Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək.
"Report" xəbər verir ki, bu barədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif olunub.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə olunub.
Dəyişiklik təklifinə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq.
Baxış sayı:119
Bu xəbər 04 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















