Icma.az
close
up
RU
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verildi

Elektron Büdcə Bələdçisi portalı istifadəyə verildi

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Maliyyə Nazirliyi büdcə proseslərində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi, şəffaflığın və operativliyin artırılması, vahid informasiya bazasının formalaşdırılması, habelə büdcə proseslərində rəqəmsal həllərin tətbiqini genişləndirmək məqsədilə "e-budget.maliyye.gov.az" (Elektron Büdcə Bələdçisi) portalını istifadəyə verib.

Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, yeni portal dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən institusional və rəqəmsal islahatların tərkib hissəsi olmaqla, dövlət və icmal büdcələrə dair məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını və idarə olunmasını təmin edir.

Elektron Büdcə Bələdçisi vasitəsilə budcə siyasətinin prinsipləri, büdcə prosesi, qanunvericilik, icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, gəlir və xərcləri, dövlət büdcəsinin funksional və iqtisadi təsnifatlar üzrə xərcləri, büdcə proqramları və digər əsas maliyyə göstəriciləri, eləcə də dövlət borcu və borcun idarə edilməsi ilə bağlı xərclər strukturlaşdırılmış və anlaşılan formada təqdim olunur. Sistemə inteqrasiya olunmuş analitik və vizual alətlər büdcə göstəricilərinin izlənilməsinə, müqayisəli təhlillərin aparılmasına və məlumatların qrafik formada təqdim edilməsinə imkan yaradır.

Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq hazırlanan portal büdcə məlumatlarına çıxış imkanlarının genişləndirilməsi, büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində Maliyyə Nazirliyinin son dövrlərdə həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir.

Bu təşəbbüs eyni zamanda, rəqəmsal dövlət maliyyəsi modelinin formalaşdırılmasına və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə yönəlmiş mühüm addımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri