Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
"Guavapay" MMC nizamnamə kapitalını irimiqyaslı şəkildə artırıb.
Məlumata görə, şirkət nizamnamə kapitalını 2 dəfədən çox və ya 102,5% artıraraq 1 milyon 812 min manata çatdırıb.

Qeyd edək ki, Azərbaycan əsilli iş adamları tərəfindən Böyük Britaniyada təsis edilən onlayn ödəniş şirkəti “Guavapay Limited” ölkəmizdə fəaliyyət üçün lisenziyanı ötən ilin aprel ayında alıb.
Şirkət Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 232 ünvanında təsis edilib. Onun direktoru Fəxri Qasımov Məmmədəli oğludur.
“Guavapay” 2017-ci ildə Böyük Britaniyada təsis edilib. Şirkət təsis edilərkən onun səsvermə hüququ olan payı Türkiyə vətəndaşı Ülviyyə Nəsibova adlı şəxsə, 2018-ci ildən 2023-cü ilin sonuna qədər isə həmin pay Orxan Nəsibova ötürülüb. Sonradan şirkətin payı Nəsibovun səhmdarı olduğu “Tainotech Holding Limited”ə ötürülüb.
© "Yurd Media"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Fevral 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















