Icma.az
close
up
RU
Elektron resept sistemi hansı üstünlük qazandıracaq? QURUMDAN AÇIQLAMA

Elektron resept sistemi hansı üstünlük qazandıracaq? QURUMDAN AÇIQLAMA

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli, 318-s saylı Sərəncamına əsasən, “Elektron Resept Sistemi” 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə bütün tibb müəssisələrində mərhələli şəkildə tətbiq edilməyə başlanılıb". SİA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidməti mövzu ilə əlaqədar məlumat verib.

"Bu sistem, ölkənin rəqəmsallaşma strategiyasının vacib bir elementi olaraq, tibbi məlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmət edir. Ənənəvi kağız blanklarda yazılan reseptlərdən fərqli olaraq, “Elektron Resept Sistemi” ilə yazılan reseptlərin itirilməsi və ya zədələnməsi mümkün deyil. Sistemdə pasiyentlər üçün yazılan reseptlər təhlükəsiz şəkildə saxlanılır, həkimlərin növbəti müayinələrdə müalicəni daha dəqiq və etibarlı təyin etməsinə imkan yaradır.

Elektron reseptlər vasitəsilə yalnız Dövlət Qeydiyyatından keçən, qiymətlərin yuxarı həddi Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyini və təminatı həyata keçirilir. “Elektron Resept Sistemi”ndə molekulyar tərkibə uyğun alternativlərin seçilməsi özəlliyi əsasında pasiyentə qiymət baxımından ən uyğun dərman preparatları təqdim edilir. Bu yanaşma keyfiyyətsiz, istifadə müddəti bitmiş dərman preparatlarının dövriyyəsini, eləcə də qanunsuz dərman satışını önləyərək, vətəndaşların istehlakçı hüquqlarının qorunmasını təmin edir.

Hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində yalnız elektron reseptlər təyin edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə də “Elektron Resept Sistemi”ndən istifadəyə dair tövsiyələr göndərilib və müvafiq sirkulyar məktublar təqdim olunub.

Tibb işçiləri, aptek təşkilatları və vətəndaşların məlumatlandırılması üçün kütləvi informasiya vasitələri, sosial şəbəkələr üzərindən maarifləndirmə işləri davam etdirilir. Bundan əlavə, “Rəqəmsal Səhiyyə Mərkəzi”nin mütəxəssisləri tibb işçiləri və aptek nümayəndələri üçün xüsusi vebinarlar və təlimlər təşkil edirlər.

Sistemin daha əlçatan olması məqsədilə Səhiyyə Nazirliyinin rəsmi veb-saytlarında (www.sehiyye.gov.az, www.e-health.gov.az) “Elektron Resept” sistemi üçün xüsusi keçidlər yerləşdirilmişdir. Eyni zamanda, vətəndaşlar üçün hazırlanmış “Reseptim” mobil tətbiqinə (App Store: https://bit.ly/reseptim, Google Play: https://bit.ly/ereseptim) mobil cihazlardan rahatlıqla daxil olmaq mümkündür.

Azərbaycan hökuməti sosial-iqtisadi sahələrdə rəqəmsallaşmanı prioritet strateji istiqamət olaraq qəbul edir. Bu səbəbdən, tibb müəssisələri və onların rəhbərləri “Elektron Resept Sistemi”nin tam tətbiqinə xüsusi diqqət yetirməlidir.

Hər bir vətəndaş müalicəni təyin edən həkimdən elektron resept yazılmasını tələb etmək hüququna malikdir. Həkimlər isə bu sistemi tətbiq edərək resepti pasiyentə elektron formada təqdim etməlidir. Əgər hər hansı həkim “Elektron Resept” yazmaqdan imtina edərsə və ya apteklər bu sistem əsasında dərman vasitələrini təmin etməzsə, vətəndaşlar “Rəqəmsal Səhiyyə Mərkəzi”nin qaynar xəttinə (Telefon: +994 12 431 38 28, WhatsApp: +994 55 531 38 28) müraciət edə bilərlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri