Icma.az
close
up
RU
“Elektron siqaret qadağası sahibkarlar üçün mərhələli olmalıdır” DEPUTAT

“Elektron siqaret qadağası sahibkarlar üçün mərhələli olmalıdır” DEPUTAT

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Azərbaycanda elektron siqaretlərin qadağan olunması ilə bağlı təqdim olunan qanun layihəsi cəmiyyətdə geniş müzakirələr doğurur və bu, tamamilə təbiidir. Mən də bu məsələyə ilk növbədə ictimai sağlamlıq baxımından yanaşmaq istərdim.

Bu baxımdan qanun layihəsinin əsas məqsədi – gənc nəslin sağlamlığını qorumaq və nikotin asılılığının daha da genişlənməsinin qarşısını almaq – başadüşüləndir və prinsip etibarilə dəstəklənməlidir.

Lakin hesab edirəm ki, bu məsələ yalnız qadağa müstəvisində dəyərləndirilməməlidir. Təcrübə göstərir ki, təkcə qadağalarla problemin tam həlli mümkün olmur. Əgər paralel olaraq maarifləndirmə aparılmazsa, effektiv nəzarət mexanizmləri qurulmazsa, qeyri-qanuni satışın və qara bazarın artması riski yarana bilər”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib:

“Bu isə daha keyfiyyətsiz və nəzarətsiz məhsulların dövriyyəyə çıxmasına gətirib çıxara bilər ki, bu da ictimai sağlamlıq üçün daha böyük təhlükədir.

Eyni zamanda, uzun illər siqaret çəkən və elektron siqareti tərgitmə vasitəsi kimi görən vətəndaşları da nəzərə almalıyıq. Əgər bu kateqoriya üçün alternativ tibbi və psixoloji dəstək mexanizmləri formalaşdırılmasa, onların yenidən ənənəvi siqaretə qayıtmaq ehtimalı arta bilər. Bu isə qanunun əsas məqsədinə zidd nəticə verə bilər.

Digər mühüm məqam isə sahibkarlıq subyektləri ilə bağlıdır. Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan sahibkarlar artıq bu qanun layihəsi ilə bağlı rəsmi bəyanat da yayıblar. Onlar qanunun məqsədini anlayışla qarşıladıqlarını bildirir, lakin eyni zamanda qanunun tətbiqi üçün keçid dövrünün vacibliyini vurğulayırlar. Bu, tamamilə haqlı və nəzərə alınmalı mövqedir”.

Deputatın fikrincə, qanunun qəbulu zamanı həm istifadəçilərə, həm də sahibkarlara uyğunlaşmaq üçün kifayət qədər zaman tanınmalıdır:

“Qanunun fevralın 1-dən yox, Azər müəllimin təklif etdiyi kimi aprelin 1-dən qüvvəyə minməsini dəstəkləyirəm. Amma, yaxşı olardı ki, qanun iyul ayının 1-dən qüvvəyə minsin. Keçid müddətinin müəyyən edilməsi, mövcud anbarda yığılan malların taleyinin aydınlaşdırılması, biznes subyektlərinin birdən-birə zərərə məruz qalmamasının təmin olunması vacibdir.

Nəticə etibarilə, mən bu qanun layihəsinin ümumi məqsədini dəstəkləyirəm. Amma düşünürəm ki, layihə daha balanslı, kompleks və mərhələli yanaşma ilə həyata keçirilməlidir. Məqsəd cərimə və qadağa tətbiq etmək yox, həm ictimai sağlamlığı qorumaq, həm də vətəndaşların və sahibkarların hüquqlarını nəzərə alan ədalətli qərar qəbul etmək olmalıdır. Yalnız bu halda qəbul edilən qanun real və uzunmüddətli müsbət nəticə verə bilər”.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.

Məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri