Elektron siqaret satışı qadağan olunur: Sahibkarların vəziyyəti necə olacaq?
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur.
Bəs qanun qüvvəyə minməzdən əvvəl bu məhsulların satışı ilə məşğul olan və hazırda mağazalarında mal qalan sahibkarların vəziyyəti necə olacaq? Onlara hanasısa güzəşt, kompensasiya verilməlidirmi?
Redaktor.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd etdi ki, artıq bu qadağa bir çox ölkələrdə tətbiq olunur.
"Sadəcə, belə qanunlar qəbul olunarkən biznesin də maraqları nəzərə alınmalıdır. Onlara vaxt verilməlidir. Heç olmasa altı aylıq müddət verilməlidir ki, onlar ziyana düşməsinlər. Axı sahibkarlar belə bir qanun tətbiq olunacağını bilmirdilər. Elə insanlar var ki, on minlərlə, yüz minlərlə manatlıq, ya dollarlıq sifariş veriblər, gətiriblər, mal artıq ölkədədir. Onların satışı qadağan olunacaqsa, neyləməlidirlər, ziyanamı düşməlidirlər? Məsələn, qanun qəbul olunsa belə, onun həyata keçirilməsi ilin ortasına, iyul-avqust ayına qədər, məncə, təxirə salınmalıdır. Amma qadağanın olması doğrudur. Çünki bu, insan sağlamlığına çox böyük ziyan vurur, əsasən də gənclər və yeniyetmələr daha çox bundan istifadə edirlər. Bu da onların sağlamlığında ciddi mənfi təsirlərə yol açır", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI
Baxış sayı:38
Bu xəbər 19 Dekabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















