Icma.az
close
up
RU
Elektron siqaretlər əhalinin sağlamlığına yönəlmiş ən böyük təhdiddir

Elektron siqaretlər əhalinin sağlamlığına yönəlmiş ən böyük təhdiddir

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İlham Məmmədov: “Bu təhdidin qarşısını almaq üçün atılan ən optimal addım onların ölkəyə idxalı, ixracı, saxlanılması və satışının qadağan olunmasıdır”

Dekabrın 16-da Milli Məclisinin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib. İclasda “Tütün və tütün məmulatı haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
İclasda tütün və tütün məmulatlarının, eləcə də elektron siqaretlərin insan sağlamlığına zərərli təsirlərindən danışılıb. Bildirib ki, bu məhsullar bir çox sağalmaz xəstəliklərin yaranmasına səbəb olur. Qanun layihəsi elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin - idxalının, ixracının, istehsalının, saxlanılmasının, topdan və pərakəndə satışının və istifadəsinin qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Newscenter.az-a Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə komitələrinin üzvü İlham Məmmədov belə bir qanun layihəsinin zamanında hazırlanıb müzakirəyə təqdim edildiyini deyib. Millət vəkili deyib ki, dünyanın bir sıra ölkələrində elektron siqaretlərin insan saglamlığına, genefonda vurduğu ciddi zərbələr nəzərə alınaraq onlardan istifadə, eləcə də həmin məhsulların idxalı, satışı, həmçinin reklamı haqlı olaraq qadağan edilib. Elektron siqaretlərin daha çox gənclər arasında geniş yayıldığına diqqət çəkən İlham Məmmədov gənclərin sağlam böyüməsi, onların bu tip vasitələrlə gələcəkdə üzləşəcəkləri fəsadlardan mühafizəsi üçün elektron siqaretlərin istifadəsinin qadağan edilməsini zəruri hesab edib:
“Son illərdə elektron siqaretlər klassik tütün məmulatlarına təhlükəsiz alternativ vasitə kimi təqdim olunaraq daha çox gənclər arasında geniş yayılıb. Lakin aparılan elmi araşdırmalar göstərir ki, elektron siqaretlər yalnız fərdi sağlamlığa deyil, eyni zamanda cəmiyyətin genetik potensialına – genefonduna ciddi təhlükə yaradır.
Elektron siqaretlərdə yandırma prosesi olmasa da, onların buxarında nikotinlə yanaşı formaldehid, akrolein, ağır metallar (nikel, qurğuşun, xrom) və digər toksik maddələr mövcuddur. Bu maddələr hüceyrə səviyyəsində oksidativ stress yaradır, DNA zədələnməsinə və genetik mutasiyalara səbəb olur. Araşdırmalar göstərir ki, elektron siqaretlərin tərkibindəki kimyəvi maddələr hətta genlərin strukturunu dəyişir, onların aktivliyi pozur. Bu cür dəyişikliklər immun sisteminin zəifləməsinə, metabolik və nevroloji xəstəliklərin yaranmasına səbəb olur və bu təsirlər gələcək nəsillərə ötürülə bilər”.
İlham Məmmədov deyir ki, elektron siqaretlərin uzunmüddətli istifadəsi reproduktiv sağlamlığa mənfi təsir göstərir:
“Bəzən kişilərdə sonsuzluq hallarının haradan qaynaqlandığını, bu kimi mənfi tendensiyanın nədən ildən-ilə artdığını sual edirlər. Bu sualın bəsit olan cavablarından biri də məhz elektron siqaretlərdən istifadədir. Elektron siqaretdən istifadə edən gənclərdə istər-istəməz spermanın sayı və hərəkətliliyi azalır, sperma hüceyrələrində DNA fraqmentasiyası artır. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, təkcə gənc oğlanlar deyil, eləcə də qızlarda da elektron siqaretlərdən istifadə hallarına rast gəlirik. Elektron siqaretdən gənc xanımların istifadə etməsi nəticəsində qadınlarda hormonal balans pozulur, onların ailə həyatı qurduqdan sonra hamilə qalma ehtimalı zəifləyir. Bu kimi faktorlar öz növbəsində genetik sağlamlığın zəifləməsi və genefondun keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir. Xüsusilə, hamilə qadınların elektron siqaret istifadəsi dölün normal inkişafına ciddi zərər vurur. Nikotinin təsiri nəticəsində dölün beyin və ağciyər inkişafı ləngiyir, erkən doğum və aşağı doğum çəkisi riski artır. Bu uşaqlarda gələcəkdə davranış pozğunluqları, öyrənmə çətinlikləri və xroniki xəstəliklər daha çox müşahidə olunur”.
İlham Məmmədov hesab edir ki, elektron siqaretlərin qadağan edilməsi ilə bağlı atılan addım digər zərərli komponentlərə qarşı da mübarizənin başlanğıcı olacaq:
“Milli Məclisdə “Tütün və tütünün zərərinin azaldılmaslı haqqında” qanunda tütünün zərərləri barədə danışmışdıq. Bu mənfi halın, pis vərdişlərin azaldılması üçün bir sıra cəza tədbirləri müəyyən edilib. Ancaq təəssüflər olsun ki, hələ də bəzi iaşə müəssisələrində, tütün məmulatları, siqaret çəkənlər digər insanların da həyatını təhlükə altına atırlar. Eləcə də həmin məkanlarda elektron siqaret çəkənlər özləri ilə yanaşı ətrafdakıların sağlamlığı üçün də ciddi təhlükə yaradırlar. Təsəvvür edin ki, bir elektron siqaretin yanmasından ətrafa 4 min kimyəvi maddə ətrafa buxar şəklində yayılır. Təbii ki, bu da öz-özlüyündə həm eleltron siqaret çəkən, həm də ətrafdakıların sağlamlığına ciddi zərbənin vurulması deməkdir. İlk növbədə isə bu hal onkoloji xəstələr, tənəffüs yollarında fibrosa səbəb olur. Bir daha qeyd edirəm ki, son illərdə istər onkoloji xəstəliklər, istərsə də qan-damar xəstəliklərinin sürətlə artması artıq həyəcan təbili çalmağın zamanının yetişdiyini göstərir. Hesab edirəm ki, bu məslənin Milli Məclisdə müzakirə olunması və onun qadağan edilməsi ilə bağlı təkliflər, təşəbbüslər əhalimiz tərəfindən rəğbətlə qarşılanmalıdır. Bir həkim kimi bildirirəm ki, bu gün bizim bilmədiklərimiz və gələcəkdə fəsadlarını çəkəcəyimiz bir çox ağır xəstəliklər məhz elektron siqaret və tütün məmulatlarının insan orqanizminə kəskin dərəcədə təsiri nəticəsində yaranacaq. Bir sözlə elektron siqaretlər əhalinin sağlamlığına yönəlmiş ən böyük təhdiddir. Bu təhdidin qarşısını almaq üçün atılan ən optimal addım onların ölkəyə idxalı, ixracı, saxlanılması və satışının qadağan olunmasıdır”.
Süleyman İsmayılbəyli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Dekabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri