Icma.az
close
up
RU
Elektron siqaretlər tütün qədər təhlükəlidir “Zərərsiz alternativ” mifi

Elektron siqaretlər tütün qədər təhlükəlidir “Zərərsiz alternativ” mifi

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elektron siqaretlərin (vape) sağlamlıq üçün təhlükəsiz olduğu iddiaları elmi araşdırmalarla təsdiqlənmir. Mütəxəssislər bildirirlər ki, bu məhsullar təkcə asılılıq yaratmır, eyni zamanda ağciyərlərdən ürək-damar sisteminə qədər bir sıra ciddi risklər daşıyır.

Milli.Az xəbər verir ki, araşdırmalara görə, elektron siqaretlərdə yüksək dozada nikotin mövcuddur və bu maddə xüsusilə gənclərdə sürətli asılılıq yaradır. Həkimlər qeyd edirlər ki, nikotin 25 yaşa qədər davam edən beyin inkişafına mənfi təsir göstərir, diqqət və yaddaş problemlərinə səbəb ola bilər.

Azərbaycanda elektron siqaretlər qadağan olunur

Bundan başqa, vape buxarının tərkibində formaldehid, diacetyl və ağır metallar kimi zərərli kimyəvi maddələr aşkarlanıb. Bu maddələr ağciyər toxumasını zədələyir, nəfəs darlığı, xroniki öskürək və "popcorn lung" kimi tanınan ciddi ağciyər xəstəliklərinə yol aça bilər.

Mütəxəssislər elektron siqaretlərin ürək-damar sistemi üçün də təhlükə yaratdığını vurğulayırlar. Vape istifadəsi ürək döyüntüsünü sürətləndirir, qan təzyiqini yüksəldir və uzunmüddətli perspektivdə infarkt və insult riskini artırır.

Digər ciddi məqam isə passiv vape problemidir. Elektron siqaret istifadə edilməsə belə, ətrafdakı insanlar buxarı udur. Bu vəziyyət xüsusilə uşaqlar, yaşlılar və hamilə qadınlar üçün əlavə risk yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı da açıqlamalarında elektron siqaretlərin "zərərsiz" məhsul kimi təqdim olunmasının yanlış olduğunu bildirir və ölkələri bu sahədə daha sərt nəzarət tədbirləri görməyə çağırır.

Qeyd edək ki, məhz bu sağlamlıq risklərinə görə bir çox ölkələr elektron siqaretlərin satışını və istifadəsini qadağan edib və ya ciddi məhdudiyyətlər tətbiq edib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, elektron siqaretlər siqareti tərgitməyin təhlükəsiz yolu hesab olunmamalıdır.

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Dekabr 2025 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri