Icma.az
close
up
RU
Elektron siqaretlərlə bağlı mühüm qərar: Hansı təsirləri olacaq?

Elektron siqaretlərlə bağlı mühüm qərar: Hansı təsirləri olacaq?

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur.

Bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Təklif edilən dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Belə ki, “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında “tütün məmulatı” anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin “qızdırılan tütün məmulatı” və “elektron siqaret” anlayışları daxil edilir. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir.

Bəs, Azərbaycanda nikotin tərkibli elektron siqaretlərin tütün məmulatı kimi təsnif edilməsi və dövriyyəsinin qadağan olunması tütün bazarına, həmçinin istehlakçı vərdişlərinə hansı iqtisadi və sosial təsirləri gətirə bilər?

Eyyub Hüseynov

Məsələ ilə bağlı Nocomment.Az-a danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, 10 ildən artıqdır ki, Azərbaycanda “Tütün və tütün məmulatı haqqında” Qanun qəbul edilib və ölkəmiz beynəlxalq tütünə qarşı mübarizə konvensiyalarına qoşulub:

“Qanun qəbulundan sonra onun müddəalarında bir neçə dəfə dəyişiklik edilmişdir və bu dəyişikliklərin hamısı yalnız tütünün məhdudlaşdırılmasına yönəlib.

Bütün dünyada tütün yeganə məhsuldur ki, birmənalı şəkildə zərərli hesab olunur. Bu, həm sağlamlığa, həm də ictimai mənfəətə ziyan vuran bir vərdişdir. Azad İstehlakçılar Birliyi uzun illər ərzində çalışaraq, xüsusilə filtersiz və zərərli siqaret istehsal edən dörd fabrikin bağlanmasına nail olub. Sovet dövründən bəri Azərbaycanda filtersiz siqaretlərin istehsalı mövcud idi və həmin müəssisələrin bağlanması vacib addım idi”.

Eyyub Hüseynovun sözlərinə görə, bütün bu qanuni tələblərə baxmayaraq, siqaretlərin satışı tam dayandırılmayıb:

“Sağlamlıq və təhsil müəssisələrinin yaxınlığında siqaret satışı qadağan olunmasına baxmayaraq, bu qadağalar pozulur.

Bu faktlar göstərir ki, Azərbaycanda tütünə maraq və tələbat hələ də yüksəkdir. Ölkəmiz tütün istehlakı üzrə dünyada Türkiyədən sonra ikinci yerdə ola bilər.

Türkiyədə olduğu kimi, Azərbaycanda da qadınlar arasında siqaret çəkənlərin sayı sürətlə artır. Bu vəziyyətdə bazara elektron siqaret və qəlyan kimi alternativ vasitələr də daxil olub. Bəzi istehsalçılar “elektron siqareti” siqareti tərgitmək üçün təqdim edir, lakin əslində bunlar da zərərli məhsullardır. Mən tərəfdarıyam ki, elektron siqaretlər və qlo kimi cihazlar da qanunla məhdudlaşdırılsın”.

Mütəxəssisin sözlərinə görə, hazırda ölkədə külli miqdarda qaçaqmal elektron siqaretlər və siqaretlər mövcuddur:

“2017-ci ildə beynəlxalq təşkilatın apardığı araşdırmaya görə, Azərbaycan büdcəsi yalnız qaçaqmal siqaretdən 20 milyon dollar zərər görüb. Qaçaqmal məhsulların mənşəyi məlum olmadığı üçün onlar daha təhlükəli hesab olunur.

Azad İstehlakçılar Birliyi bu sahədə tədqiqatlar apararaq, qaçaqmal elektron siqaretlərin qarşısını almağa çalışır. Biz də bu istiqamətdə fəaliyyət göstərəcəyik. Elektron siqaret, qlo və qəlyanların satışının məhdudlaşdırılması zəruridir.

Həmçinin onların qiymətinin mümkün qədər artırılması, əlçatanlığın azalması da vacibdir ki, xüsusilə gənc vətəndaşların bu zərərli vərdişlərə yönəlməsi minimuma endirilsin”.

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Dekabr 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri