Elektron Təhlükəsizlik Xidmətinə rəis müavini təyin olundu
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Elvin Elmar oğlu Şahverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisinə müavin təyin olunub.
Modern.az xəbər verir ki, bu barədə ETX-dən bildirilib.
Məlumata görə, bu təyinata qədər ETX-nin Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun müdiri, eyni zamanda rəis müavininin vəzifəsini müvəqqəti icra edən Elvin Şahverdiyev informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində 15 ilə yaxın təcrübəyə malikdir.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasının "Avtomatlaşdırma və informasiya texnikası" fakültəsini bitirən rəis müavini peşəkar fəaliyyətinə 2009-cu ildə "ADA-Ticarət" Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya texnologiyaları şöbəsində başlayıb. 2015-2022-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Risklərin idarə edilməsi və təhlükəsizlik departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2024-cü ildən isə fəaliyyətini ETX-də davam etdirir. (Mənbə: Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 12 Sentyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















