Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Elektron ticarət bəyannamələrinin təqdim olunması qaydası dəyişdi

Elektron ticarət bəyannamələrinin təqdim olunması qaydası dəyişdi

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib. Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi" xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər.

Elektron ticarət üzrə mütəxəssis Nicat Manafovun sözlərinə görə, əvvəllər başqa şəxslərin adına açılmış profillərin şifrə və parollarından istifadə etməklə onların adından məhsul sifariş etmək mümkün idi. Lakin yeni qaydalara əsasən, bu, artıq mümkün olmayacaq: "Yeni sistem, xüsusilə, yaşlı nəsil üçün bəyannamə prosesində müəyyən çətinliklər yarada bilər. Bununla belə, zaman keçdikcə istifadəçilərin yeni qaydalara uyğunlaşacağı gözlənilir".

Bu addım gömrük xidmətlərinin daha təhlükəsiz, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq: "Yeni qaydalar ilk növbədə istifadəçi identifikasiyasının daha güclü və etibarlı mexanizmlərlə təmin olunmasına, eyni zamanda elektron ticarət əməliyyatlarında saxtakarlıq, üçüncü şəxslərin müdaxiləsi və məlumat sızması risklərinin azaldılmasına xidmət edir".

İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, gömrük bağlamalarının bəyan edilməsi ilə bağlı qaydalar gömrük öhdəliklərinin təmin olunmasında alternativ alətlərin tətbiqini mümkün edir. Bu da vətəndaşlar üçün maliyyə çevikliyi yaradır. Eyni zamanda, ödənişlərin üçüncü şəxslər tərəfindən həyata keçirilməsi hüquqi plüralizmə şərait yaradır və sosial dəstək sisteminin hüquqi təzahürü kimi çıxış edir. Bundan əlavə, gömrük idarələrinin fəaliyyətində risk əsaslı yanaşmanın tətbiqi sayəsində vətəndaşlara qarşı əsassız nəzarət və müdaxilələrin qarşısı alınır. Bu isə həm şəffaflığın artırılmasına, həm də vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, yeni qaydalar xaricdən mal alınmasını çətinləşdirəcək: "ASAN İmza və yaxud da SİMA-nı telefona yükləmək o qədər də çətin deyil. Amma yaşlı insanlar var ki, bundan istifadə etməkdə çətinlik çəkə bilərlər. Əvvəllər daha rahat idi. Bunu çətinləşdirirlərsə, deməli, xaricdən sifarişlərin azaldılması yönündə addımların atılmasını düşünürlər. Bu da ölkədən valyuta çıxışını zəiflətməyə yönəlmiş addımlardır ki, daha az valyuta ölkədən çıxsın. Amma nəzərə almaq lazımdır ki, bu tələb yerindəcə qalır. Xaricdən niyə insanlar mal alır? Çünki daha ucuz başa gəlir. Yerli pərakəndə satış mağazalarında məhsullar daha bahadır. Ona görə də insanlar xaricə üz tuturlar və problemin kökü oradadır. Amma Azərbaycanda rəsmi orqanlar müəyyən çətinlik yaratmaqla bu problemi həll edəcəyini düşünürlərsə, yanılırlar. Bu problemin köklü həlli başqadır. Yerli istehsal artırılmalı, yerli pərakəndə satışın onlayn ticarətlə rəqabətə davam gətirməsi üçün daha çevik davranmalıdırlar və s. Ona görə də bu qərar müəyyən çətinliklər yaradacaq, amma insanlarımız belə məsələlərə də tez öyrəşirlər. İndi kimsə bacarmasa, qohumu, tanışı, övladı vasitəsilə belə tətbiqlərdən istifadə etməyi öyrənəcək".

İqtisadçının dediyinə görə, pərakəndə satışla məşğul olan şirkətlər onlayn platformalarla rəqabət aparmağı bacarmalıdır: "Sifarişlərin bu qədər artmasının əsas səbəbi yerli pərakəndə satış mağazalarında qiymətlərin baha olmasıdır. İnsanlar xaricdən alış-verişi daha sərfəli hesab edirlər. Pərakəndə satışla məşğul olan şirkətlər anlamalıdırlar ki, artıq onlayn ticarət dövründə yaşayırıq və bu reallığa uyğunlaşmalı, onlayn platformalarla rəqabət aparmağı bacarmalıdırlar. Yəni məhdudiyyətlər tətbiq etməklə deyil, normal rəqabətli mühitdə fəaliyyət göstərməlidirlər".

İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, bu qərar qısa müddətdə xaricdən onlayn sifarişlərin həcminə müəyyən dərəcədə təsir edə bilər: "Çünki FİN kod və parolla sistemə daxil olmağa öyrəşmiş bəzi istifadəçilər üçün ASAN İmza, SİMA və ya myGov/QR-a keçid əlavə vaxt və texniki uyğunlaşma tələb edəcək. Bu isə xüsusən nadir hallarda xaricdən sifariş verən şəxsləri müvəqqəti olaraq çəkindirə bilər".

Lakin ekspert qeyd edib ki, uzunmüddətli baxımdan bu dəyişiklik prosesin daha təhlükəsiz, şəffaf və vahid sistem üzərindən aparılmasına xidmət edəcək: "Hesab edirəm ki, istifadəçilər yeni identifikasiya üsullarına uyğunlaşdıqca sifariş həcminin əvvəlki səviyyəsinə qayıtması, hətta artması da mümkündür".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 05 İyun 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see455

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see330

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see318

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see302

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see297

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see273

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see259

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see256

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see236

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see230

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see221

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see221

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see218

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see209

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see207

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see204

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see203

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see198

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri