Icma.az
close
up
RU
Elektron xidmətlər: “Vətəndaşların müxtəlif qrupları üçün...”

Elektron xidmətlər: “Vətəndaşların müxtəlif qrupları üçün...”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bu gün ictimai həyatın, eləcə də iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, elektron xidmətləri və ən müasir informasiya texnologiyaları olmadan fəaliyyət göstərsin.

Belə ki, müxtəlif sənədlərin əldə edilməsi, kommunal ödənişlərin həyata keçirilməsi, bank əməliyyatları, sosial xidmətlərə müraciət, bilet almaq onlayn formada mümkündür.

Bu, həm vaxt, həm də rahatlıq baxımından bir sıra üstünlüklər yaradır. Lakin elektron xidmətlərin yaratdığı imkanlardan hər kəs eyni şəkildə yararlana bilmir, rəqəmsal platformalardan istifadə zamanı çətinliklərlə qarşılaşır. Məhz bu xidmətlərin hər biri bizim gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Məsələn, onlayn bilet satışları və digər rəqəmsal nəqliyyat xidmətləri artıq geniş şəkildə tətbiq olunur. Amma yaşlı və texnologiyadan az anlayışlı vətəndaşlar isə bu imkanlardan yetərincə istifadə edə bilmir.

Bəs bu xidmətləri daha əlçatan etmək üçün hansı tədbirlər görülməlidir? Hansı alternativ yollar planlaşdırıla bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, elektron xidmətlərin bərabər səviyyədə istifadə olunması hələ də problemlidir:

“Elektron xidmətlərin inkişafı, istər dövlət, istərsə də nəqliyyat sektorunda insanlara sürət, rahatlıq və şəffaflıq baxımından böyük üstünlüklər gətirir. Lakin bu xidmətlərin hər kəs tərəfindən bərabər səviyyədə istifadə olunması hələ də problemlidir. Xüsusilə yaşlı nəsil, eləcə də texnologiyanın incəliklərinə az bələd olan insanlar və kənd yerlərində yaşayan vətəndaşlar üçün bu sistemlər tam əlçatan olmur.

Yaşlı sərnişinlərin onlayn bilet satışından və digər rəqəmsal nəqliyyat xidmətlərindən yararlanmaqda çətinlik çəkməsinin səbəblərindən biri, mobil tətbiq və ya veb-platformaların istifadəsinin onlar üçün kifayət qədər intuitiv olmamasıdır. Bu baxımdan, sadələşdirilmiş interfeyslərin hazırlanması, böyük hərflərlə yazı, səsli təlimat və ya vizual göstəricilər kimi funksiyalar əlavə olunmalıdır”.

Onun sözlərinə görə, digər bir istiqamət isə maarifləndirmədir:

“Xidmət göstərən qurumlar müəyyən yaş qrupları üçün xüsusi təlimlər, qısa video dərsliklər və ya "təlim köşkləri" təşkil edə bilərlər. Məsələn, avtovağzallarda və dəmir yolu stansiyalarında rəqəmsal xidmətlərin istifadəsini izah edən məsləhətçilər fəaliyyət göstərə bilər. Bundan əlavə, alternativ çıxış yolları da mütləq nəzərdə tutulmalıdır. Yəni rəqəmsal xidmətlərlə yanaşı, ənənəvi xidmət üsulları, kassalardan bilet almaq, telefon vasitəsilə sifariş vermək və ya agentliklərdən istifadə imkanları saxlanılmalıdır. Bu, texnologiyaya tam uyğunlaşa bilməyən insanlara seçim imkanı verəcək”.

O qeyd edib ki, rəqəmsal xidmətlər effektiv və ədalətli olmaq üçün sadə, inklüziv və hər kəsə əlçatan olmalıdır:

“Nəticə etibarilə, rəqəmsal xidmətlərin tam effektiv olması üçün həm texnoloji sadələşdirmə, həm də inklüzivlik nəzərə alınmalı, vətəndaşların müxtəlif qrupları üçün uyğun alternativlər təklif edilməlidir. Bu yanaşma həm xidmətlərin daha geniş yayılmasını, həm də ictimai ədalətliliyi təmin edəcək”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Elektron xidmətlər Elvin Abbasov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri