Icma.az
close
up
RU
Ələsgər Məmmədli ilə bağlı Prezidentə müraciət edildi

Ələsgər Məmmədli ilə bağlı Prezidentə müraciət edildi

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir qrup jurnalist, hüquq müdafiəçisi, ictimaiyyət nümayəndəsi “Toplum TV iși” üzrə həbsdə olan media eksperti və hüquqşünas Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Tribunainfo.az -ın xəbərinə görə, müraciətdə bildirilir ki, 2024-cü il martın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Ələsgər Məmmədlinin səhhətində ağırlaşmalar müşahidə olunub: “Tibbi müayinələr nəticəsində onun qalxanvari vəzisində 23 mm ölçüdə TIRADS III düyün (50–75% xərçəng riski), qaraciyər, böyrək və pankreasla bağlı ciddi problemlər, həmçinin prostat vəzində kalsinatlar aşkar edilib. Tibbi protokola görə, qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər”.

Müraciətdə daha sonra qeyd olunur ki, Ə.Məmmədlidə kəskin boğulma, fasiləsiz baş ağrısı, başgicəllənməsi və ürəkbulanma kimi simptomlar artmaqdadır və bu hal onun həyatı üçün real təhlükə yaradır.

Müraciət müəllifləri həmçinin Milli Mətbuatın 150 illiyi ərəfəsində media hüquqları sahəsində tanınmış ekspert olan Ələsgər Məmmədliyə xüsusi yanaşma göstərilməsinə ümid etdiklərini bildiriblər.

Müraciətdə Prezidentdən Ələsgər Məmmədlinin özəl klinikaların birində cərrahi əməliyyat olunması üçün hüquqi imkanların nəzərdən keçirilməsi xahiş edilib.

Müraciəti Qulu Məhərrəmli (jurnalist, BDU-nun professoru), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti), Osman Gündüz (“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru), Mehman Əliyev (jurnalist), Arif Əliyev (jurnalist, “Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri), Sabit Bağırov (Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti), Adil Qeybulla (tibb elmləri doktoru, ATU-nun professoru), Novella Cəfəroğlu (Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri), Səadət Bənənyarlı (Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri), Səidə Qocamanlı (“İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri), Aslan İsmayılov (“VİZA”  Hüquq Firmasının drektoru), Mirəli Hüseynov (“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri) imzalayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri