Ələt Astara magistral avtomobil yolunda yük avtomobili yanıb
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "MAN" markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qoşqunun iki ədəd təkəri yanıb.
Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 19 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















