Ələt Astara yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan “Volvo” markalı, 91AA791 İİR nömrə nişanlı yük avtomobili texniki nasazlıq səbəbindən yol kənarında dayanmış “Cherry” markalı, 90 HD 133 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində “Cherry” markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin – Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 14 Sentyabr 2025 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















