Icma.az
close
up
RU
Elfsborqla oyunda təəssüflər olsun ki, sürət çatışmırdı. MÜSAHİBƏ

Elfsborqla oyunda təəssüflər olsun ki, sürət çatışmırdı. MÜSAHİBƏ

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsveçdə yaşayan və orada futbol məşqçisi kimi çalışan Valeh Qafarov müsahibə verib. Dünən Avropa Liqasının 5-ci turunun "Elfsborq" - "Qarabağ" görüşünü "Boras Arena"da canlı izləmiş həmyerlimiz həmin oyun haqda fikirlərini bildirib. News24.az müsahibəni təqdim edir.

- "Qarabağ"ın "Elfsborq"la matçdakı məğlubiyyətininin səbəbi nədədir? Hər halda, oyunu stadiondan canlı izlədiyiniz üçün hər şeyi daha yaxşı gördünüz...

- Açığı, "Qarabağ"ın qələbəsinə çox inanırdım. Amma bu futboldur da, hər nəticə qeydə alına bilər. Belə də, oldu. Nəticədən asılı olmayaraq, "Qarabağ"a həmişə inanıram. Dünənki görüşdə də inanırdım. Təəssüf ki, belə oldu. "Elfsborq"la görüşü canlı stadiondan izlədik. Matçdan əvvəl dostum olan Elçin Rəhmanovla da görüşdük, "Qarabağ"a uğurlar arzuladıq. Ümidvaram ki, qarşıdakı matçlarda yenə də qələbələr olacaq.

- "Qarabağ"ın "Elfsborq" qapısı qarşısında çox da qol epizodu yarada bilmirdi. Bunu nə ilə əlaqələndirirsən? Səncə, nəyə görə "Qarabağ" qol epizodlarına az-az yaradırdı?

- "Qarabağ" həqiqətən topla oyunda "Elfsborq"dan üstün idi. Ancaq təəssüflər olsun ki, hücumlarda sürət bir az çatışmırdı. Üstəlik, cərimə meydançasına son ötürmələrdə dəqiqlik də yerində deyildi. "Elfsborq" yaxşı da müdafiə olundu. Ona görə də bu cür nəticə qeydə alındı.

- Bəs, "Elfsborq"un uzun müddət rəsmi oyun keçirməməsi onların əleyhinə işləmədi?

- "Elfsborq" "Qarabağ"dan çəkinirdi. Düşünürəm ki, ona görə "Qarabağ"a qarşı matça qədər rəsmi oyunları olmasa da, ciddi hazırlaşdılar. Nə qədər yoxlama oyununa çıxdılar. Bunların hamısı "Qarabağ"dan çəkindikləri üçün idi. 

- Komandanın aparıcı üzvləri Yassin Benzia, Abdullah Zubir və Juninyonun effektli ola bilməməsini nə ilə əlaqələndirirsən?

- Həm Zubir, həm Benzia, həm də Juninyo səviyyəli oyunçulardır. "Qarabağ"ın uğurlarında zəhmətləri danılmazdır və çoxdur. Dünyada elə futbolçu və elə koamnda yoxdur ki, hər oyunda qələbə qazansın, gözəl oyun sərgiləsin. Bəzən olur ki, oyunçuların oyunu alınmır, komanda şəklində də istədiklərini meydanda reallaşdıra bilmirlər. Bu da futbolda normal haldır. 

- "Qarabağ"ın qarşıdakı oyunları FKSB və "Olimpiakos"a qarşıdır. Bu matçlarda "Qarabağ"ın qələbə şanslarını necə dəyərləndirirsən?

- Şəxsən mən "Qarabağ"a çox inanıram. "Qarabağ" bizim yeganə komandamızdır ki, neçə illərdir Avropada hamımızı sevindirir, Azərbaycanı, futbolumuzu öz nəticələri və gözəl oyunu ilə yüksək səviyyədə tanıdır. İnanıram ki, qələbələr olacaq və sevinəcəyik. "Qarabağ"a dəstək olmalıyıq. Mühüm olan odur ki, məğlubiyyət zamanı da komandaya dəstək və inamımızı göstərməli, yanında olmalıyıq.

Sportal.az

Mirbağırağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri