Icma.az
close
up
RU
Elgiz Kərəmli: Belə plan olsaydı, niyə mənimlə sözləşmə imzalayırdılar?

Elgiz Kərəmli: Belə plan olsaydı, niyə mənimlə sözləşmə imzalayırdılar?

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İyulun 21-dən hazırlığa başlamışıq. İstədiyimiz kimi davam edirik. Üç yoxlama görüşümüz olub. "Şimal", "Cəbrayıl" və "Neftçi-2" ilə üz-üzə gəlmişik". Bu sözləri Sport24.az-a I Liqa təmsilçisi "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.
O, 20-28 avqustda Qəbələdə təlim-məşq toplanışlarının olacağını bildirib.
"Orada da yoxlama matçları nəzərdə tutulub. MOİK, Küveyt təmsilçisi ilə qarşılaşacağıq. Digəri hələlik dəqiqləşməyib. Hazırda heyətin komplekləşdirilməsi davam edir. Yeni transferlərimiz var. Bizim üçün onları uyğunlaşdırmaq bir az çətindir. "Qəbələ"dən Urfan İsmayılov, Cənubi Azərbaycandan Əmir İbrahimzadəni heyətə cəlb etmişik. Ümid edirəm ki, gücümüzə güc qatacaqlar".
Mütəxəssis transfer çalışmalarını bitirdiklərini sözlərinə əlavə edib: "İstədiyimiz səviyyədə olarsa, bir hücumçu ilə də müqavilə imzalaya bilərik".
Elgiz Kərəmli mətbuatda Cavid Hüseynovun "Şəfa"nın baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə də toxunub: "Belə söhbət olmayıb. Mən müqaviləni yeni bağlamışam. Belə plan olsaydı, niyə mənimlə sözləşmə imzalayırdılar? Hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqdır. Bunu bacaradan sonra müqaviləyə yenidən baxa bilərik. "Şəfa" I Liqada çempionluğa oynayan kollektivdir. Hamı burada baş məşqçi olmaq istəyər. Cavid Hüseynovdan da başqa məşqçilərin adı mətbuatda hallanır. Amma konkret olaraq deyirəm ki, boş söhbətdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://sport24.az
archiveBu xəbər 13 Avqust 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri