Icma.az
close
up
RU
Elgünün faciəsi, cəmiyyətin görmək istəmədiyi məqam

Elgünün faciəsi, cəmiyyətin görmək istəmədiyi məqam

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kubra Məhərrəmova yazır...

Bu gün mayın 20-sidir. Elgünün ölümündən artıq səkkiz gün keçib. Və hələ də ölümünün səbəbi bilinmir. Daha dəqiq desək, araşdırmalar davam edir. Qohumları iddia edirlər ki, onu amansızcasına döyüblər, bu barədə sosial şəbəkələrdə və yerli mediada kifayət qədər məlumat var.

Hətta sosial şəbəkədə onun ağır vəziyyətdə olanda təcili tibbi yardım maşınının içində çəkilən videoları da gəzir. Düşünürəm ki, bu olduqca səhv addımdır. Çünki bu görüntüləri ilk növbədə Elgünün anası gördü. Övladının son saatlarını dəhşətli ağrı içində keçirməsini görmək, bəlkə, onun ölüm xəbərini eşitməkdən daha ağırdır. Allah anasına səbir versin, çox ağır dərddir...

Cəmiyyətin bu hadisə ilə bağlı narahatlığı anlaşılan və başadüşüləndir. Çünki az qala hər kəsin evində, yaxınında bu yaşda yeniyetmə var. İddia olunan kimi Elgünü kimsə amansızlıqla qətlə yetiribsə, bu hər kəs üçün təhlükədir.

Yaxınlarının tanıdığı Elgün tərbiyəli, savadlı, heç bir kriminal elementlə ünsiyyətdə olmayan, üstəgəl, ali məktəbə hazırlaşan və ilkin mərhələdə yaxşı nəticələr əldə edən yeniyetmə idi.

Məktəb yoldaşları və yaxınları onun haqqında pozitiv mövqedə danışırlar. Kriminal xətt müşahidə olunmur.

Bəs əgər Elgün özünə qəsd etmiş olsa, onda necə? Ortaya çıxan kamera görüntüləri, onun yuxarı mərtəbədə olması artıq düşüncələri əks istiqamətə yönləndirir.

Həqiqətən də, Elgün gizli depressiyada olmuş olsaydı, bu özünü necə büruzə verərdi?

Əvvəla, ondan başlayaq ki, bizim cəmiyyətdə depressiya ilə bağlı görüşlər çox səthidir. Biz, adətən, ah-uf edən, eşq dərdi çəkən adamların depressiyada olduğunu zənn edirik.

Amma gizli depressiya xərçəng xəstəliyi kimi beyni və ağlı hər gün daha çox zəhərləyir.

Gizli depressiyada olan kəslər intiharla bağlı planları dəqiq qurmuş olduqları halda ətrafa normal görüntü sərgiləyərək, heç nə olmamış kimi davranırlar. Heç kəs, hətta ən yaxınları belə, bu insanın içində nə çəkdiyini hiss etmir.

Bunun sübutu olaraq sosial şəbəkələrdə xeyli sayda video var.

Bir gənc qız hər gün sosial şəbəkə hesabında necə əyləndiyini, dostları ilə zaman keçirdiyini, rəqs edib şənləndiyini, həyatın dadını necə çıxartdığını paylaşır. Sanki hamını və hər kəsi inandırır ki, o, xoşbəxtdir və onda olan həyat eşqi heç kimdə yoxdur. Və bir gün intihar edir.

Rəqs edə-edə, şən əhvalda öz ölümünə doğru addımlayaraq.

Gizli depressiyanın çox maraqlı xüsusiyyətləri var. Bu adamlar daim "güclü" görünür, həmişə gülümsəməyə çalışır, özlərini yaxşı kimi göstərirlər. Lakin daxilən hər gün addım-addım məhv olurlar.

Daxilən özlərini lazımsız və tənha hiss etdikləri üçün müəyyən uğurlar əldə etməyə çalışır, sanki içindəki boşluğu bununla doldururlar.

Maksimal dərəcədə konfliktlərdən uzaq olur, sakit, susqun və özünəqapanma vəziyyətində olurlar. Daimi yorğunluq və enerji çatışmazlığı, səbəbsiz "halsızlıq" da bu kliniki tabloda yer ala bilər. Adamına görə dəyişir.

Tək qalmaq, tək gəzib-dolaşmaq, fikirləri ilə baş-başa qalmaq kimi xüsusiyyətlər də müşahidə oluna bilər. Və ən dəhşətlisi - nə baş verirsə-versin, bu adamlar hər şeydə özlərini günahlandırır, bütün problemlərin səbəbkarının özləri olduqlarını düşünürlər.

Və bütün kulminasiyanı iki faktor taclandırır. Gizli depressiyada olanlar ya alkoqol və ya digər maddələrə meyil göstərir, ya da real dünyadan qaçmaq üçün həddindən artıq işləyir, oxuyur, maksimal dərəcədə özlərini "yükləyirlər".

Əgər ətrafınızda özündə bu xüsusiyyətləri birləşdirən adamlar varsa, onlara kömək etməyə çalışın. Onları eşitməyə çalışın. Bəzən, sadəcə, "mən yanındayam" deməyiniz onu intihar fikrindən daşındıra bilər.

Çünki gizli depressiyanın əsas məqsədi həmin adamı öldürməkdir.

Bu gün Elgün yoxdur. Amma ətrafda nə qədər Elgünlər var.

Onlar özlərini sübut etmək üçün çalışır, içlərində tufanlar qoparkən ətrafa sakitcə gülümsəyirlər. Başıaşağı dərsə gedib-gəlir, sınaq imtahanlarında yaxşı nəticə əldə etmək üçün gecə-gündüz çalışırlar.

Biz cəmiyyət olaraq əksərən xarici parıltıya, bərqə üstünlük veririk. Ataların sözü kimi, üstü bəzək, altı təzək. Bizim bəzəklərimiz diplom və sertifikatlardır. Yanıb-alışan bərbəzəklər, geyim və digər elementlərdir.

Lakin o dərin quyunun içində olan adamları görmürük. Bu gün bir daha əmin oluruq ki, biz gəncliyimizin hansı quyuda olmasından xəbərsizik. Onların daxili qorxuları "ə, sən kişisən" deməyimizlə daha da çoxaldılır.

Biz çox vaxt unuduruq ki, onlar bu həyatı ilk dəfə yaşayırlar. Onlar hələ nə özlərini, nə bizi, nə də həyatı anlayırlar. Cəmiyyətin onlara yüklədiyi şablon davranış modeli ilə yaşamağa məcbur olunurlar. Ümid edirəm ki, Elgünün faciəsi cəmiyyət üçün bir hayqırtı, bir qışqırtı olar. Kar olmuş qulaqlarımızı, bəlkə, açıb, onların yardım istəyini eşidə bilək... Əks halda hələ çox Elgünlər susaraq yox olacaqlar.

Elgünə Allahdan rəhmət, ailəsinə səbir diləyirəm...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri