Icma.az
close
up
RU
Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Şuşa, 15 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

İkinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq təhlükəsizlik sistemi nəinki ciddi böhran vəziyyətinə düşüb, tamamilə çöküb desək daha düzgün ifadə olar. Dünyada baş verən qarşıdurmaların, qırğınların, kütləvi insan ölümlərinin qarşısının alınmasında Birləşmiş Millətlər Təşkilatı artıq rol oynaya bilmir, baş verən bu şiddətin qarşısının alınmasına real təsir göstərə bilmir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, yeni dünya nizamının meydana gəlməsi çox ciddi bir reallıq olduğu kimi, yeni beynəlxalq təhlükəsizlik sisteminin və onun alətlərinin yaranması da bəşəriyyətin təhlükəsizlik şəraitində yaşamasının ən vacib şərtidir. Belə olan halda milli siyasətlərin beynəlxalq təhlükəsizlik sisteminin və yeni dünya nizamının yaranmasında öz milli maraqları nöqteyi-nəzərindən iştirak etməsi obyektiv və qaçılmaz bir zərurətə çevrilir. Bu mənada Azərbaycanın, qardaş Türkiyənin, Azərbaycana dost olan digər dövlətlərin, türk dövlətlərinin hamısının yeni yaranacaq yeni dünya nizamında və beynəlxalq təhlükəsizlik sisteminin meydana gəlməsində yaxından iştirakı da nəinki arzuolunandır, milli maraqlarımızın ən yaxşı şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“İnanıram ki, Prezident İlham Əliyevin, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasətin qarşısında duran bu vəzifə uğurla yerinə yetiriləcək. Gündən-günə güclənən, qüdrətlənən Türkiyə, Azərbaycan və digər türk dövlətləri, eləcə də Azərbaycanla dost olan digər dövlətlər dünyanın yeni nizamının və yeni təhlükəsizlik sisteminin yaranmasında yaxından iştirak edən faktorlar ola biləcəklər. Yalnız bunun sayəsində yeni dünya nizamında, gələcək beynəlxalq təhlükəsizlik sistemində hər bir dövlətin, o cümlədən Azərbaycanın, Türkiyənin, bizə yaxın olan digər dövlətlərin hər birinin maraqlarının nəzərə alınmasını həyata keçirmək, təmin etmək mümkün olacaq”, - deyə Əli Əhmədov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyun 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see143

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see134

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see131

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see128

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see125

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see124

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see123

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see123

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see122

Ekspert: Aİ və NATO da heç kim Ukraynaya qoşun göndərməyə hazır deyil

13 Sentyabr 2025 08:37see122

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see121

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see121

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see120

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see119

Sülhə aparan yol, yoxsa kabusların vurnuxması?

13 Sentyabr 2025 10:05see118

Bu il Türkiyədən Azərbaycana nə qədər pal paltar idxal olunub?

13 Sentyabr 2025 20:17see117

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see116

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see116

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see115

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri