Icma.az
close
up
RU
Əli Əsədov Abdülhəmid Əlxəlifə ilə görüşdü

Əli Əsədov Abdülhəmid Əlxəlifə ilə görüşdü

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Baş nazir Əli Əsədov noyabrın 14-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Abdülhəmid Əlxəlifə ilə görüşüb.

Nazirlər Kabinetindən (NK) Gununsesi.infoya verilən məlumata görə, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.

Neft ixrac edən ölkə olmasına baxmayaraq Azərbaycanın hələ COP29 sədrliyindən çox əvvəl yaşıl keçidi prioritet sahə elan etdiyi, iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması ilə bağlı məsələlər müzakirə olunub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri