Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşüb.
Bu barədə APA-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib.
Ötən müddət ərzində Bankın Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına dəstək verdiyi bildirilib. Eyni zamanda nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.
Azərbaycanın Asiya İnkişaf Bankının az inkişaf etmiş ölkələrə yardım göstərilməsi təşəbbüsünün iştirakçısı olduğu, ölkəmizin Bankın Asiya İnkişaf Fonduna ianələr ayırdığı diqqətə çatdırılıb.
Eyni zamanda ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, həmçinin bu ərazilərin investisiya potensialı barədə məlumat verilib.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında cari ilin iyul ayında təsdiqlənmiş 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində prioritet istiqamətlər üzrə əməkdaşlıq imkanları, o cümlədən metro şəbəkəsinin genişləndirilməsi, dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi, su təchizatı sisteminin yaxşılaşdırılması və ikitərəfli gündəlikdə duran bir sıra digər perspektivli layihələr müzakirə olunub.
Baxış sayı:89
Bu xəbər 14 Noyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















