Icma.az
close
up
RU
Əli Əsədov: Azərbaycan dayanıqlı rəqəmsal gələcəyin yaradılması üçün birgə işləməyə hazırdır

Əli Əsədov: Azərbaycan dayanıqlı rəqəmsal gələcəyin yaradılması üçün birgə işləməyə hazırdır

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Rəqəmsal transformasiya dövründə Azərbaycan hökuməti cəmiyyətin bütün təbəqələri üçün etibarlı və müasir rəqəmsal infrastruktur qurmağa çalışır. Bu infrastrukturun ən vacib elementlərindən biri də yüksəksürətli internetin əlçatanlığıdır".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Baş nazir Əli Əsədov "Digital Almaty 2025" beynəlxalq rəqəmsal forumunda çıxışında deyib.

O bildirib ki, bu istiqamətdə atılan ən mühüm addımlardan biri "Onlayn Azərbaycan" layihəsidir.

"Layihə çərçivəsində bütün yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub", - deyə hökumət başçısı qeyd edib.

Baş nazir dövlət idarəçiliyinin rəqəmsallaşdırılması sahəsində Azərbaycanın bir sıra uğurlu layihələr həyata keçirdiyini vurğulayıb, "Rəqəmsal hökumət" platformasının yaradılmasını, dövlət qurumları arasında məlumat mübadiləsini yaxşılaşdıran "Rəqəmsal körpü" sistemini və dövlət idarəçiliyinin effektivliyini artıran "Hökumət buludu" kimi layihələri bunlara bariz nümunə kimi göstərib.

"Rəqəmsal transformasiya təkcə texnoloji proses deyil, həm də beynəlxalq əməkdaşlığı gücləndirmək üçün bir fürsətdir. O nəinki yeni imkanlar açır, həmçinin birgə qərarlar tələb edən mürəkkəb çağırışlar edir. Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə prioritet əhəmiyyət verir və dayanıqlı rəqəmsal gələcəyin yaradılması üçün birgə işləməyə hazırdır. Əminəm ki, bugünkü forum bu istiqamətdə qarşılıqlı fəaliyyətimizə mühüm töhfə verəcək", - deyə baş nazir sözlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri