Icma.az
close
up
RU
Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşdü Fotolar

Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşdü Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 5-də Azərbaycanın Baş naziri Əli Əsədov COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak edən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, Rusiya Federasiyasının və Misir Ərəb Respublikasının dini rəhbərlərindən ibarət nümayəndə heyətləri, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və Vatikan Dinlərarası dialoq Dikasteriyasının Şərq kilsələri üzrə prefekti kardinal Klaudio Qucerotti ilə ayrı-ayrı görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşlərdə Dini Liderlərin Qlobal Sammitinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Yaşıl gündəliyin təşviqində dinlərarası dialoqun, milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin rolunun inkişaf etdirilməsinin, iqlim dəyişikliyi ilə mübarizədə dinlərin və inancların potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi qeyd olunub.

Bildirildi ki, tarixən mədəniyyətlərin qovuşduğu məkan olan və zəngin tolerantlıq ənənələrinə malik Azərbaycan dinlərarası dialoqun inkişafına böyük önəm verir və onun təşviqinə sadiqdir.

Vurğulandı ki, əsrlər boyu Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dinc şəraitdə, bir ailə kimi yaşayıblar.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə məlumat verən Ə.Əsədov bu siyasətin bu gün müasir dövrün çağırışları nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Vurğuladı ki, dövlət başçısı tərəfindən multikulturalizmin Azərbaycanın dövlət siyasəti və həyat tərzi olduğu bəyan edilib.

Cari ilin may ayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi xatırlanaraq “Bakı Prosesi”nin tərkib hissəsi olan bu tədbirin dünya miqyasında mədəniyyətlərarası dialoqun müzakirəsinə həsr olunan mühüm beynəlxalq platforma kimi qəbul edildiyi diqqətə çatdırılıb.

Azərbaycanda müxtəlif din və inanclara aid məbədlərin mövcud olduğu, onların dövlət tərəfindən qorunduğu, mütəmadi olaraq əsaslı təmir edildiyi və ya yenidən tikildiyi bildirilib.

O cümlədən ölkəmizin işğaldan azad edilmiş ərazilərində çoxlu sayda mədəni-tarixi və dini abidələrin yerləşdiyi vurğulanıb. 30 illik işğal dövründə bu abidələrin Ermənistan tərəfindən dağıdıldığı və talan edildiyi qeyd edildi. Bildirildi ki, bu ərazilərdə bütün şəhər və kəndlər yerlə-yeksan edilmiş, o cümlədən fəaliyyət göstərən 67 məsciddən 65-i dağıdılıb.

Həmçinin bu gün Qarabağ və Şərqi Zəngəzurda icra olunan “Böyük Qayıdış” Proqramı barədə məlumat verildi, məhv edilmiş irsin bərpası istiqamətində mühüm işlərin görüldüyü vurğulanıb.

İşğal dövründə Azərbaycan xalqına qarşı təcavüzkar siyasət yürüdən, xalqımızın tarixi, mədəni və dini irsini məhv edən Ermənistandan fərqli olaraq, Azərbaycanın tolerantlığı, başqa dinlərə və mədəniyyətlərə hörməti həyat tərzinə çevirdiyi diqqətə çatdırılıb.

Görüşlərdə dini liderlər arasında əməkdaşlığın həyata keçirilməsinin önəmi qeyd edildi, dünyamızın daha yaşıl gələcəyə doğru inamla irəliləməsi üçün din xadimlərinin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri