Əli Əsədov ədliyyə orqanlarına köçürülən vəsaitlə bağlı qərar imzalayıb
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Nazirlər Kabineti "Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nı təsdiq edib.
Reyting.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, ədliyyə orqanlarının xüsusi xəzinə hesabının açılması ilə eyni gündə icra xidməti icra məmurlarının xüsusi fondunda qalan vəsaitin və cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin xəzinə hesablarında qalan hissəsinin ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin.

Əli Əsədov Qərar imzalayıb
21 Noyabr 2024 12:38
Əli Əsədov qərar imzalayıb
27 Noyabr 2024 10:38

