Icma.az
close
up
RU
Əli Əsədov Hans Klüqe ilə görüşdü FOTO

Əli Əsədov Hans Klüqe ilə görüşdü FOTO

Baş nazir Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, görüşdə Bakıda davam edən COP29-un əhəmiyyəti vurğulanıb, konfrans çərçivəsində iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinin azaldılması ilə bağlı müxtəlif tədbirlərin keçirildiyi qeyd edilib.

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin ÜST-nin prioritet istiqamətləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.

Söhbət zamanı səhiyyənin müxtəlif sahələrində, o cümlədən iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Gununsesi.info

seeBaxış sayı:61
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri