Əli Əsədov İraqın Prezidenti ilə görüşdü
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Nazirlər Kabinetindən Redaktor.az-a bildirilib ki, görüşdə COP29-un iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsi baxımından qlobal əhəmiyyəti vurğulanıb.
Azərbaycan-İraq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Baş nazir Əli Əsədov İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb
12 Noyabr 2024 16:37
Əli Əsədov İraq Prezidenti ilə görüşdü
12 Noyabr 2024 11:36
Əli Əsədov Barselona prezidenti ilə görüşdü
17 Noyabr 2024 22:01
Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşdü
17 Noyabr 2024 21:41

