Əli Əsədov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşdü
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Abdülhəmid Əlxəlifə ilə görüşüb.
Nazirlər Kabinetindən Moderator.az-a verilən xəbərə görə, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu vurğulandı.
Neft ixrac edən ölkə olmasına baxmayaraq Azərbaycanın hələ COP29 sədrliyindən çox əvvəl yaşıl keçidi prioritet sahə elan etdiyi, iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfələr verdiyi diqqətə çatdırıldı.
Söhbət zamanı ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması ilə bağlı məsələlər müzakirə olundu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Noyabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















