Əli Əsədov: Prezidentin xarici səfərləri və yüksəksəviyyəli görüşləri ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026–2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 9-da Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, cari ilin ötən dövrü ərzində ölkə Prezidentinin həyata keçirdiyi xarici səfərlər və yüksəksəviyyəli görüşlər ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib. Bu il avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin və dayanıqlılığın qorunmasına, yeni investisiyaların cəlbinə, ölkəmizin beynəlxalq sahədə rolunun və mövqeyinin daha da möhkəmlənməsinə imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 09 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















