Icma.az
close
up
RU
Əli Əsədov Qazaxıstan hökumətinə minnətdarlığını bildirdi FOTO

Əli Əsədov Qazaxıstan hökumətinə minnətdarlığını bildirdi FOTO

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 31-də Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda qonaq qismində iştirak edib. 
Bizim.Media bu barədə Nazirlər Kabinetinin məlumatına istinadən xəbər verir. 
İclasda çıxış edən Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında operativ reaksiyaya, həmçinin fəlakətin səbəblərinin araşdırılmasında göstərdiyi köməyə görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirib. 
Baş nazir qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan tərəfdaşları ilə əlaqələri artıq 30 ildən çoxdur, möhkəm dostluq və qarşılıqlı hörmət ənənələri əsasında uğurla inkişaf edir. 
Vurğulanıb ki, qarşılıqlı səfərlərin və təmasların intensivliyi müxtəlif səviyyələrdə ikitərəfli dialoqun müsbət dinamikasından xəbər verir. 
Ə.Əsədov bildirib: 
"Bu gün qarşılıqlı fəaliyyətimiz müxtəlif sahələrdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə zəngindir. İqtisadi-ticari əməkdaşlığın müsbət dinamikası xüsusi məmnunluq doğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 14 faizdən çox artıb". 
İnvestisiya əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. 
"Ölkələrimiz arasında böyük investisiya layihələri paketi həyata keçirilir. Bəzi tərəfdaşlarımızla iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaları səfərbər etmək üçün birgə investisiya fondları yaratmışıq. Bu təşəbbüs artıq öz bəhrəsini verməkdədir", - deyə Baş nazir əlavə edib. 
Bildirilib ki, Azərbaycan ənənəvi olaraq nəqliyyat-tranzit sektorunda əməkdaşlığa böyük əhəmiyyət verir. 
"Avropa və Asiyanın qovşağında yerləşən əlverişli coğrafi mövqeyi, eləcə də müasir infrastrukturu sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika hablarından birinə çevrilib", - deyə Ə.Əsədov qeyd edib. 
Vurğulanıb ki, Azərbaycan ərazisindən yük axını sabit templə artır, ötən il tranzit daşımaların həcmi 8 faiz artıb. 
Qeyd olunub ki, yükdaşımalarının artım dinamikasını nəzərə alaraq, Azərbaycan öz ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi istiqamətində fəal addımlar atır. 
 

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan ərazisində ölkənin Aİİ-dəki tərəfdaşlarına onların tranzit ehtiyaclarını ödəmək üçün həvəslə təqdim etdiyi dəmir yolu və avtomobil yolları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mütəmadi əsasda iş aparılır. 


Baş nazir çıxışının sonunda Azərbaycanın Aİİ üzvü olan tərəfdaşları ilə bütün sahələrdə əməkdaşlığı artırmaq üçün bundan sonra da bütün lazımi səyləri göstərməyə hazır olduğunu bildirib. 


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Yanvar 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri