Icma.az
close
up
RU
Əli Əsədov sərəncam imzaladı, nazirlərə tapşırıq verdi

Əli Əsədov sərəncam imzaladı, nazirlərə tapşırıq verdi

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Dövlət Turizm Agentliyi:

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il dekabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş turizm sahəsində çevik və əhatəli təşviq çərçivəsinin yaradılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Dövlət Proqramında nəzərdə tutulmuş turizm və rekreasiya zonalarının ərazisində mehmanxanalarda (hotellərdə) və digər yerləşmə vasitələrində xidmət göstərilməsi, sanatoriya-kurort müəssisələrinin fəaliyyətinə, qış idman növləri üçün stadion və arenaların fəaliyyətinə, konqreslərin və peşəkar salonların təşkili işinə dair investisiya layihələri çərçivəsində kredit təşkilatlarından manatla alınan kreditlər üzrə faiz subsidiyalarının verilməsinə dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:
- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə operatoru olduğu “e-monitorinq” portalı çərçivəsində “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun yaradılmasını iki ay müddətində təmin etsin və 2027-ci ildən başlayaraq Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini Modul vasitəsilə həyata keçirsin;
- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların), şəhər və rayonların, icra müddətlərinin, eləcə də layihələrlə bağlı məlumatların (Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq informasiya sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməsi, informasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılması və s.) və digər zəruri göstəricilərin təsnifatlaşdırılmasını, mövcud vəziyyət barədə informasiyaların əks olunmasını və hesabatlılığın aparılmasını Modulda müvafiq bölmələr yaratmaqla təmin etsin;
- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə aidiyyəti icraçı orqanların (qurumların) operatoru olduqları müvafiq elektron informasiya sistemlərinin (portalların) “e-monitorinq” portalına inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün;
- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticələri barədə məlumatları 2027-ci ildən başlayaraq, ildə bir dəfə, aprelin 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticələrinə dair məlumatları 2031-ci il iyunun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas və digər icraçı orqanlar (qurumlar):

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəricilərini və onların illər üzrə bölgüsünü müəyyən edərək, iki ay müddətində Mərkəzlə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim etsinlər;
- monitorinqin və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində layihələrin icrası ilə bağlı müvafiq məlumatların 2027-ci ildən başlayaraq rübdə bir dəfə (rübdən sonrakı ayın 15-dək), tədbirlər üzrə ilin yekunlarına dair hesabatların isə hər il fevralın 25-dək “Layihə idarəetməsi” modulunda yerləşdirilməsini və Mərkəzə təqdim olunmasını təmin etsinlər;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsində və özəl sektorda nəzərdə tutulmuş, ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan vəsait, həmçinin beynəlxalq maliyyə institutları tərəfindən ayrılmış, istifadə olunmuş və növbəti illər üçün tələb olunan kredit vəsaiti barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin etsinlər.

Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Avqust 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri