Icma.az
close
up
RU
Əli Əsədov və Cevdet Yılmazın görüşü oldu FOTOLAR

Əli Əsədov və Cevdet Yılmazın görüşü oldu FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 22-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

Sonra Ə.Əsədov və C.Yılmazın həmsədrliyi və hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyinin iştirakı ilə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

İclasda qeyd olunub ki, Azərbaycan ilə Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq, qardaşlıq münasibətləri birləşdirir.

2021-ci il iyunun 15-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsinin ikitərəfli münasibətləri müttəfiqliyin ən yüksək zirvəsinə qaldırdığı bildirilib.

Dövlət başçıları arasındakı şəxsi münasibətlərin və sıx təmasların strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edən əsas amil olduğu diqqətə çatdırılıb.

Təkcə bu il prezidentlərin 7 qarşılıqlı səfərinin baş tutduğu vurğulanıb.

Prezident İlham Əliyevin iyunun 19-da Türkiyəyə səfəri zamanı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasiminin keçirildiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın isə noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etdiyi xatırlanıb. Bütün bunların siyasi dialoqun yüksək səviyyəsinin göstəricisi olduğu qeyd edilib.

Azərbaycan ilə Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Türk Dövlətləri Təşkilatının hər iki ölkə üçün xüsusi əhəmiyyətə malik olduğu vurğulanaraq, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının birliyi və Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq aləmdə nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərdikləri bildirilib.

Bu ilin oktyabrında Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşünün təşkil olunduğu və sədrliyin Azərbaycana keçdiyi xaırlanıb, sədrliyimiz dövründə təşkilatın öz inkişafını davam etdirəcəyinə və nüfuzunu daha da artıracağına əminlik ifadə edilib.

Bu il TDT-də yeni formatın – Hökumət başçılarının/Vitse-prezidentin görüşünün yaradıldığı, Qırğızıstanda keçirilən ilk görüşdən sonra Azərbaycanın 2026-cı ildə növbəti iclasa ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

İqtisadi-ticari sahədə ikitərəfli əlaqələrə toxunularaq, Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Bildirilib ki, hər iki ölkənin mövcud iqtisadi potensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların mövcud olduğunu göstərir.

Preferensial Ticarət Sazişinin nəticələrinin təhlil edilərək əhatə dairəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

İnvestisiya sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Azərbaycanla Türkiyənin enerji sahəsində birgə reallaşdırdıqları meqalayihələrin böyük regional və qlobal əhəmiyyət daşıdığı bildirilib.

Cənub Qaz Dəhlizinin strateji önəmi vurğulanaraq, son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatdığı, onlardan 10-nun Avropa ölkəsi olduğu bildirilib.

Birgə səylərlə artıq Suriyaya qaz nəqlinə başlanıldığı, ilk dəfə olaraq Türkiyə ərazisindən keçməklə Azərbaycan qazının Yaxın Şərq regionuna çatdığı vurğulanıb.

Cari ilin martında istismara verilən İğdır-Naxçıvan təbii qaz boru kəmərinin Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini gücləndirdiyi diqqətə çatdırılıb.

Elektrik enerjisi sahəsində də qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu bildirilərək, bu gün Naxçıvan-Türkiyə enerji qovşağı layihəsi üzərində fəal işin aparıldığı qeyd edilib. Vurğulanıb ki, Naxçıvanın bərpa lunan enerji potensialından istifadə edilərək Türkiyə və Avropa istiqamətində yaşıl enerjinin ixracı hədəflər sırasındadır.

Nəqliyyat sahəsi Azərbaycan-Türkiyə əməkdaşlığının prioritet istiqamətlərindən biri kimi dəyərləndirilib. İki ölkə arasında avtomobil və dəmir yolları nəqliyyatı ilə yükdaşımalar sahəsində əməkdaşlığın üzrə aktual məsələlər müzakirə olunub.

Orta Dəhlizin mühüm halqası olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığı vurğulanıb. Ə.Əsədov BTQ dəmir yoluna əlavə yük axınlarının cəlb olunması üçün səylərin artırılmasının önəmini qeyd edib.

Orta Dəhlizin inkişafının hər iki ölkə üçün strateji əhəmiyyət kəsb etdiyi bildirilib.

Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi üzrə Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyəti qeyd olunub.

İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas xəttinə çevriləcəyi diqqətə çatdırılıb. Avqustda Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanın və Türkiyənin, həmçinin humanitar əlaqələrə böyük əhəmiyyət verdikləri bildirilib, təhsil sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan Türkiyə–Azərbaycan Universiteti (TAU) təhsil sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsi kimi səciyyələndirilib.

Bu ilin sentyabrında Bakıda Türk Anadolu Liseyinin yeni filialının açılmasından məmnunluq ifadə olunub, növbəti tədris ilindən İstanbulda da Azərbaycan məktəbinin yaradılacağı diqqətə çatdırılıb.

Peşə təhsili sahəsində əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib, bu sahədə Türkiyə təcrübəsinin ölkəmiz üçün faydalı olacağına ümidvarlıq ifadə edilib.

Eyni zamanda, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahələrində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Ə.Əsədov Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətilə C.Yılmaza təbriklərini çatdırıb, tədbirə hazırlıq prosesində Azərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

İclasda hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.

Sonda Baş nazir Əli Əsədov və Vitse-prezident Cevdet Yılmaz Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının Protokolunu imzalayıb, ikitərəfli əməkdaşlığın aktual sahələrini əhatə edən 110-bəndlik Fəaliyyət Planını təsdiqləyiblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Dekabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri