Əli Əsədovdan insan alverinə qarşı mübarizə ilə bağlı SƏRƏNCAM
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, Sərəncama əsasən, aidiyyəti dövlət qurumlarına konkret tapşırıqlar və müddətlər müəyyən edilib.
Bildirilib ki, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və digər qurumlarla razılaşdırmaqla, Milli Fəaliyyət Planının müvafiq bəndləri üzrə təkliflərini 2027-ci il iyulun 1-dək Nazirlər Kabinetinə təqdim edilməlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi iki ay ərzində “e-monitorinq” Portalı çərçivəsində xüsusi hesabatlılıq modulu formalaşdıracaq. Planın icrası 2027-ci ildən rəqəmsal olaraq izləniləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 31 İyul 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















